
Mətbəxdə istifadə etdiyimiz bəzi məhsullar yeməklərə ləzzət versə də, tərkibində hansı maddələrin olduğunu bilmək həmişə mümkün deyil. Digər tərəfdən, qablaşdırılmış qidaların istifadədinin artması sağlamlığımızı təhdid edə biləcək ölçülərə çatır. Ancaq belə bir qida məhsulu var ki, bədənin bütün kimyəvi tərkibini pozmaq üçün kifayətdir. Bu yeməyin vurduğu zərərlər bunlardır...
Mətbəxdə həm ləzzət artırıcılar, həm də aroma verici kimi istifadə olunan bulyonlar yeməklərə ləzzət versə də, zərərləri çoxdur. Tədqiqatlar ət / toyuq bulyonlarında olan zərərli əlavənin olduğunu göstərir. Bu, Parkinson xəstəliyi, piylənmə və Alzheimer xəstəliyi kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Düyü plovunun, şorbaların və bir çox yeməklərin bir hissəsi olan bulyonun bədənə vurduğu zərər göz ardı ediləməyəcək qədər çox ciddidir. Bulyonlarda natrium monoqlutamat (Monosodyum glutamat) adlı zərərli bir maddə var. Çin duzu adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli sayılır. Digər tərəfdən, bədəni məhv edən və bir çox xəstəliyə səbəb olan məhsulun ziyanı həqiqətən inanılmazdır. Bulyonda olan kimyəvi maddələrə görə bədən “Çin restoranı sindromu” adlanan kollektiv reaksiyaya məruz qalır və yemək zamanı müntəzəm olaraq qəbul edildikdə ürək döyüntüsünün pozulması, tənəffüs çətinliyi, beyin pozulması və hətta alzheimer xəstəliyi kimi vəziyyətlərə səbəb olur.
Kimyamızı məhv etmək üçün 1 kubu kifayətdir
Bulyonların zərərli hala gətirən aktiv maddəsi tərkibindəki
natrium monoglulodamat (Monosodyum glutamat) adlı bir əlavədir. Bulyonlarda
olan və yeməklərə ət ləzzəti vermək üçün istifadə olunan Monosodyum glutamat
insanın mərkəzi sinir sisteminə zərər verir. Alzheimer, Parkinson, epilepsiya
(Sarah) və Huntington xəstəliklərinə səbəb olur.
Beləliklə, bu gündən etibarən sağlamlığınızı riskə atmamaq üçün evdə təbii məhsullardan ət, toyuq və tərəvəz suyu hazırlaya bilərsiniz.
MSG nədir?
Monohluatamat natrium mənasını verən Monosodyum glutamat ləzzəti artıran kimyəvi bir məhsuldur. Çin duzu olaraq bilinən bu məhsul həddindən artıq istifadə edildikdə çox ciddi xəstəliklərə səbəb ola bilər. Epilepsiya (Sarah), Parkinson, Alzheimer, Huntington xəstəliyi, mədəaltı vəzin zədələnməsi, retinanın böyüməsi, yağ yığılması, insulinin artması, piylənmə kimi sağlamlıq problemlərinə səbəb olur.
MSG-nin zərərləri nələrdir?
Monosodyum glutamat istifadəsi də yağ yığılmasına, doyma mexanizminin pozulmasına, piylənməyə, böyümə hormonunun basdırılmasına, mədəaltı vəzin zədələnməsinə, insulin səviyyəsinin artmasına və nəticədə böyrək və qaraciyərin məhvinə qədər xəstəliklərə səbəb ola bilər.
Hamiləlik zamanı istifadəsi daha təhlükəlidir.
Mütəxəssislər, xüsusilə, hamiləlik dövründə bu məhsulların istifadəsini çox arzuolunmaz hesab edirlər. MSG olan qidalara ət suyu, toyuq suyu, cips, dondurma, rəngli qatıq və hazır şorba daxildir. Hamiləlik dövründə MSG olan qidaları yeməyin ən böyük ziyanı plasentadan keçməsi və körpəyə birbaşa zərər verməsidir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
