Bu gün:

Özündə 102 mineraldan 92-ni ehtiva edir


Əsasən, Şimali Amerikanın Atlantik sahillərində  və Avropada rast  gəlinən dəniz yosunu arıqlamaq və cavanlaşmaq istəyənlər üçün əla seçimlərdən biridir. Kosmetika sənayesində tez-tez istifadə olunan dəniz yosunu dərini toksinlərdən təmizləyir və enerji verir.

Məşhurların son vaxtlar tez-tez üstünlük verdiyi dəniz yosunu insan orqanizmi üçün lazım olan 102 mineraldan 92-ni ehtiva edir. Aşağı kalorili tərkibi ilə tanınan dəniz yosunu arıqlamaq istəyənlərə də kömək edir. Dəniz yosunu müqaviməti gücləndirmək və yuxusuzluqdan qurtulmaq kimi faydalı xüsusiyyətlərə də malikdir.

Ümumiyyətlə, sarı, bənövşəyi, mavi və yaşıl olan müxtəlif növlərdə dəniz yosunlarında kalsium, dəmir, yod, sink və kalium var. Dəniz yosunu, həmçinin B1, B2, B6, A və C antioksidanları, folat və omeqa-3 kimi sağlamlığımız üçün vacib olan faydalı komponentləri ehtiva edir.

Dəniz yosunu az miqdarda yağ və şəkər ehtiva edir; şorba və hətta bişmiş məhsullara əlavə edilə bilər. Bu, mədə və bağırsaq sağlamlığına kömək edən yaxşı bakteriyaların artmasına kömək edir və əla bir lif mənbəyidir.

Yüksək yod tərkibinin tiroid funksiyasını yaxşılaşdırdığı düşünülür ki, bu da maddələr mübadiləsini tənzimlədiyi üçün arıqlamağa kömək edə bilər. Maqnezium, A vitamini, K vitamini və omeqa-3 yağ turşularının səviyyəsi dəri hüceyrələrinin işini dəstəkləyir, nəmləndirir və parlaqlıq verir. Quru dəri ilə probleminiz varsa, yosunlar sizə çox kömək edəcəkdir. Tərkibindəki antioksidan xüsusiyyətlərinə görə dərini çirklərdən təmizləyir.

Kükürd və kaliumun yanında A, C, E və K vitaminləri mənbəyi olduğundan bədənin toxunulmazlığını gücləndirə bilər. Tədqiqatlar göstərir ki, dəniz yosunlarında qan şəkərini normallaşdıran fukoksantin var. Karib dənizində bir çox insanlar yüksək sink tərkibinə görə dəniz yosunlarını afrodizyak kimi istifadə edir.

Dəniz yosunu necə istifadə edilməlidir? 

Çiy istifadə edilən dəniz yosunu digər istifadə üsullarından daha sağlıqlıdır. Suşi kimi istifadə edildikdə dəniz yosunu qurudulur və xüsusi üsullarla basılır.

Mənbə: CNN Türk

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et