
Ölkəmizdə o qədər də tanınmasa da dadına baxanların bir daha yemək istədiyi bir dad olan dəniz lobyası istifadə edilməsi lazım olan qidalar sırasındadır. Son dərəcə ləzzətli bir bitki olan dəniz lobyası tərkibindəki vitamin və minerallar sayəsində orqanizminizə dərman kimi xidmət edir. Duzlu suyun mövcud olduğu dəniz və göllərin sahillərində qarşılaşdığımız dəniz lobyası güllə otu və ya duz otu kimi də tanınır.
Özü olduqca kiçik və zərif olsa da, faydaları son dərəcə böyükdür. Bu duzlu tərəvəz minerallarla son dərəcə zəngindir. Duzlu suda böyüyür və beləliklə, A, B12 mineralları, C vitamini, natrium yod, maqnezium, dəmir və yüksək miqdarda lif ehtiva edir. Bu mineral və tərkibindəki vitaminlər əsrlər boyu insanlara məlum olmuşdur. İndi də məlum oldu ki, tərkibində flavonoidlər var. O, maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Mütəmadi olaraq istifadə edildikdə davamlı kilo itkisini təmin edə bilər. Guatr xəstəliyiniz varsa, dəniz lobyasında olan yod sizə böyük fayda verə bilər. Ancaq bunun üçün əvvəlcə həkim təsdiqini almaq lazımdır. Troid hormonlarının işini bərpa edə bilər. Sidikqovucu təsiri sayəsində ödemin bədəndən çıxarılmasına kömək edir. Zəngin bir betain mənbəyidir. Bu maddə uşaqlıqda metabolik xəstəliklərdən biri olan homosistinuriyanın reabilitasiyası üçün istifadə olunur. Onun 0,55% - i ispanaqda, 5%-i isə 1 kilo dəniz lobyasında olur. İspanağı sevməyən uşaqlara seçim və alternativ olaraq dəniz lobyası verilə bilər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
