Bu gün:

Hərarəti necə aşağı sala bilərik?


Normal şəraitdə insanlar müəyyən bədən istiliyinə malikdirlər. Bu nisbət yüksək olarsa, qızdırma problemi yaradır. Bu, xüsusilə, kiçik uşaqlarda daha təhlükəli ola bilər. Ona görə də uşaqlı valideynlərin ən çox qorxduğu şeylərdən biri yüksək hərarətdir. Yüksək hərarət olduqda valideynlər təşvişə düşərək müxtəlif üsullara əl atırlar. Bu üsullardan bəziləri qızdırmanın daha da artmasına səbəb ola bilər.

Bədən istiliyinin 38 dərəcədən yuxarı olması yüksək hərarət kimi müəyyən edilir. Yüksək hərarətin ən bariz səbəbləri arasında immun sistemimizin bədəndə məskunlaşan mikroblara qarşı təsiridir. Bu o deməkdir ki, immun sistemimiz aktiv şəkildə işləyir. Ancaq körpələrdə və uşaqlarda təhlükəli vəziyyət yaradır, çünki 40 dərəcə Selsi yüksək hərarət qıcolma riskinə gətirib çıxarır. Belə hallarda vaxt itirmədən ən yaxın səhiyyə müəssisəsinə müraciət etməliyik. 

Yüksək hərarət halında, qızdırmalı konvulsiyalar deyilən bir vəziyyət əslində baş verir. Bu tip vəziyyət ən çox 6 aydan 5 yaşa qədər olan uşaqlarda müşahidə olunur. Febril tutma hallarında bədən istiliyi 39 və 40 dərəcəyə qədər yüksəlir. Belə bir vəziyyətdə uşaqlarda göyərmə və şüur itkisi baş verə bilər. Uşağın çaxnaşma olmadan yıxılmasının və ya hər hansı yerə dəyməsinin qarşısını almalısınız. Hava kanallarının açıq olduğundan və uşağın nəfəs aldığından əmin olun. Vaxt itirmədən ən yaxın tibb müəssisəsinə müraciət edin.

Körpələrdə, uşaqlarda və böyüklərdə tətbiq olunan müxtəlif üsullar var. Ən təhlükəli yaş qrupu körpələrdə yüksək hərarətdir. Aşağıda yaş qruplarına görə qızdırmanın azaldılması üsulları verilmişdir:

Körpələrdə və uşaqlarda yüksək hərarəti necə azaltmaq olar?

Körpələri körpəlik dövründə xəstəliklərdən qorumaq üçün qat-qat geyindirirlər. Bundan əlavə, körpələri isti otaqlarda saxlayırlar. Yüksək qızdırma zamanı körpənin üzərindəki artıq paltarları çıxarın. Jilet tipli yun paltarları dərhal çıxarın. Otağın temperaturunu ölçüb 20 dərəcəyə endirin.

Bu məqamda ana südü çox vacibdir və ya sevimli maye içkilərini verin. Çünki yüksək hərarətlə maye itkisi olacaq.

Əgər əlinizdə qızdırma salan dərman varsa, həkim və ya istifadəçi kitabçasındakı məlumatlara baxaraq uyğun dozada verin. 

İsti su hazırlayın və körpəyə duş verin. Bu şəkildə bədən istiliyi birdən düşməyə başlayacaq. 

Uşaqların alnına parça qoyaraq qızdırmanı salmağa çalışmayın. Uşağınıza qızdırmanı salmaq üçün sirkəli su kimi maddələr tətbiq etməyin. Uşaqlara antibiotik verməyin, yalnız həkim məsləhəti ilə istifadə edin.

Yetkinlərdə qızdırmanı azaltmaq üçün nə etməliyik? 

Körpə və uşaqlarda tətbiq edilən üsullar daha ehtiyatlı olduğundan, böyüklərdə qızdırmanı azaltmaq daha asandır. Evdə qızdırmanı necə azaltmaq olar? Aşağıdakı üsulları sınamalısınız:

Bir az ilıq su ilə duş qəbul edin, çox su için, soyuq bir parça ilə fasilələrlə qoltuqaltı nahiyəyə kompreslər edin, otaq temperaturunun aşağı salın, təmiz hava alın, rahat paltar geyinin və artıq paltarları çıxarın, çoxlu istirahət edin, mütləq siqaret çəkməyin, qəhvə və spirt kimi içkilərdən uzaq durun. 

Yüksək hərarət probleminiz varsa və o zaman tətbiq edə biləcəyiniz qızdırmanı aşağı salmaq yollarını axtarırsınızsa, ən təsirli üsul ilıq su ilə duş qəbul etməkdir. Suyun temperaturu soyuğa bir qədər yaxın olmalıdır. 10-15 dəqiqəlik duş bədən istiliyinizi aşağı salacaq. Bunlar qızdırmanı azaltmaq üçün ediləcək ən məntiqli üsullardır. Əgər sağlamlıq müəssisələrinə getmək imkanınız varsa, bu, ilk seçiminiz olmalıdır.

Limon qızdırma salıcı "dərmanı" dəstəkləmək üçün istifadə edilə bilər. Bundan əlavə limona üstünlük verilməlidir, çünki o, orqanizmi mikroblarla mübarizədə dəstəkləyən C vitamini anbarıdır.

Hansı qidalar qızdırmanı aşağı salır?  

Tərkibində çox doymamış yağlar, E vitamini, qoz-fındıqda qızdırma salıcı birləşmələr var, yaşıl çay, tünd-qırmızı, yaşıl, bənövşəyi rəngli qidalar. 

Qızdırması olan uşaq üçün bir stəkan qaynadılmış cökə çayına 1 çay qaşığı nanə əlavə edib içirtmək yaxşı təsir göstərir. Əgər uşağınız bu qarışığı içdikdən sonra tərləməyə başlayırsa, bu, hərarətin aşağı düşdüyünə işarədir.

Qızdırmanı hansı meyvələr, tərəvəzlər, qidalar aşağı salar? 

Brokoli, keyfiyyətli zeytun yağı, alma sirkəsi, albalı, kələm, alma, qoz, çili tozu, keşniş, darçın, bütün taxıllar, avokado, zoğal, kəklikotu, çuğundur, üzüm, cəfəri, badımcan, şaftalı, noxud, quru gavalı, nar, kişmiş, moruq, çiyələk. 

Mənbə: Sabah 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et