Bu gün:

Hollandiyadakı qeyri-adi kolleksiya


Hollandiyada qeyri-adi bir kolleksiya dünya mətbuatında diqqət cəlb edir. 40 il boyunca tövlələrdə və istifadə edilməyən köhnə bir kilsədə yığılan avtomobil kolleksiyası aşkarlandı.


Xəzinə dəyərindəki kolleksiya, Dordrecht'dəki bir iş adamı tərəfindən toplanan və tapılana kimi də bir sirr kimi saxlandı. Bölgədə avtomobil aksesuarı biznesləri olan Ad Palmen, keçən ilin sonlarında demans xəstəliyinə tutuldu. Qocalar evinə qəbul ediləndə, qəyyumları, bənzərsiz bir kolleksiya ilə qarşılaşdı.

Tozlu, amma yaxşı vəziyyətdə olan avtomobillər arasında 1955 Lanvia Aurelia B24S Spoder America və 1953 Mercedes W188 300S Roadster kimi minlərcə dollar dəyərində nadir avtomobillər var. Üstəlik 1964-də istehsalı dayandırılan gözəl bir Fransız avtomobili olan Facel Vega'ndan da 8 ədəd var idi.

Kolleksiyanı 19 mayda hərraca çıxaracaq olan Brummendəki Aaldering qalereyasından Carlos te Lintelo, Palmenin danışa bilməyəcək qədər xəstə olduğu üçün kolleksiyanı niyə yaratdığını bilinməyəcəyini  dedi.

Palmenin 3 gizli anbarı təkcə şayiələr əsasında bilinirdi və Palmen indiyədək maraqlı qonşularını da həmişə uzaq tuturdu.

Te Lintelo, kolleksiyanın o qədər böyük və nadir olduğunu, avtomobillərin dəyərinin asanlıqla təxmin edilə bilməyəcəyini dedi.

Aaldering isə avtomobillərin tapılmasından sonra çəkilən şəkillərin tozlu və ya baxımsız görünməsinə baxmayaraq, çox yaxşı vəziyyətdə olduqlarını dedi.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Qiyas


Paylaş
Şərh əlavə et