
Yuxular haqqında heç bilmədiyimiz şeylər var. Yuxu sıxılmış mənfi xatirələrin, arzuların, gözləntilərin, yaxın keçmişdəki hadisələrin simvoludur. Bəzən yuxu zamanı yaddaş köhnə xatirələr silir. Bunların bəziləri yuxu şəklində şüuraltında əks olunur.
Yuxu görən zaman şüuraltı zehin təmizlənir və yuxu zehni rahatlaşdırır. Buna görə də əksəriyyətini xatırlamasaq da, yuxular sağlamlıq üçün vacibdir. Nevrologiya Mütəxəssisi Doktor Mehmet Yavuz mövzu ilə əlaqədar əhəmiyyətli açıqlamalar verib.
Yuxularımızı idarə edə bilərikmi?
Demək olar ki, hər kəs yatan zamanı yuxu görür. Əgər kiminsə göz qapaqlarının titrədiyini görsəniz, onun yuxu gördüyünü düşünə bilərsiniz. Yuxu bir dəqiqədən çox davam etmir. Lakin insan gördüklərini saatlarla təsvir edə bilər. Hətta yuxunun içində yuxu görüb hər şeyi aydın şəkildə xatırlaya bilər. Buna görə də yuxuda zaman sıfırdır. Bəzən yuxuları idarə etmək mümkündür. Məsələn, yuxudan yarımçıq oyanırsan, yatıb yuxunun ardını görürsən. Bu lusid yuxu və ya aydın yuxu adlanır. Hətta bəzi insanlar aydın yuxu görmə qabiliyyətinə sahib olur. Bu insanlar yuxu gördüklərini anlayır və hərəkətlərini yönləndirir. Əslində, yuxuların bu xüsusiyyətini kəşf edib istifadə edənlər də az deyil. Bu yolla yuxuları əyləncəli etmək mümkündür.
Tibb dünyasında aydın yuxuların tanınması
Lusid yuxular çox bilinən bir vəziyyət deyil. Bir çox neyro-psixoloqlar bu məsələ üzərində işləyirlər. Aydın yuxu görmə qabiliyyəti ilə xəyalları əyləncəli hala gətirməyin bir çox nümunəsi var. Demək olar ki, hər kəsin istədiyi yerə gedib-gəlmək, qitələr arasında səyahət etmək, quş kimi havada uçmaq və ya uzaqlarda sevdiyini görmək arzusunda olduğu mövzudur. Bununla belə, aydın yuxu görmənin "xüsusi bir bacarıq deyil, sırf beynin avtohipnozudur" olduğunu söyləyən tədqiqatçılar da var.
Lusid yuxular zərərlidirmi?
Aydın yuxular zərərli deyil. Ancaq insanı real həyat ölçüsündən təcrid etməyə başlasa, bu, əlverişsiz ola bilər. Aydın yuxular məlum bir vəziyyət olmadığından, cəmiyyət zaman-zaman bu məsələdən narahat olsa da, “mən yuxularımı idarə edə bilirəm” deyərək şikayət edənə rast gəlinməyib. Əslində, bir çox insan gözəl yuxudan oyandıqdan sonra dərhal yuxuya getməyi və eyni yuxunu yenidən davam etdirməyi bacarır.
Lusid yuxuda şüur varmı?
Lusid yuxu görənlər bunun yuxu olduğunu daha yaxşı bilirlər. Buna görə də yuxuları daxilində bir növ şüur inkişaf etdirdiklərini söyləyə bilərik. Aydın yuxu araşdırmaları göstərir ki, bir insanın yuxu zamanı gündəlik şüurdan kənar bir şüura çatması mümkündür. Çünki yuxu zamanı xarici aləmdən hisslər vasitəsilə gələn təsirlər minimuma endirilir. Ağıl elə bir səviyyəyə çatır ki, o, mənəvi aləmə uzanıb həmin müxtəlif ölçülərin titrəyişlərini təhlil edə bilsin, həm də daxili varlığının çox daha incə və həssas təsirlərinə açıq olsun.
Aydın yuxu prosesində beyin dalğaları
Yuzu zamanı yaddaş qeydləri yenilərini saxlamaq üçün silinir. Bəzi xatirələr silinərkən bəziləri isə yuxu şəklində daxili aləmimizdə əks oluna bilir. Buna görə də yuxu zamanı parietal loblarda aktivliyin artması bununla bağlı ola bilər.
Yuxu zamanı retinaya düşən siqnalların rəqəmsal mediaya ötürülməsi
Yaponiyada aparılan araşdırmada yuxular zamanı tor qişaya düşən siqnalları rəqəmsal mediaya köçürmək mümkün olub. Bəlkə də, gələcəkdə yuxularımızı kompüter mühitlərində saxlaya biləcəyik. Hətta bir dostumuza belə deyə biləcəyik ki, “mən sənə yuxumu elektron poçtla göndərirəm, şərh edib mənə qayıda bilərsənmi?”. Digər baş vermiş mühüm bir məsələ də var. Üzərində hələ də iş davam edən bu araşdırma ilə bir tamaşa hazırlanmışdır. Bu eynəyin xüsusiyyəti yuxu zamanı beynimizə siqnal göndərməsidir. Bu siqnallarla yuxuda olduğumuzu başa düşmək və xəyallarımızı yönləndirmək, yəni yuxunu Lusid yuxuya çevirmək mümkün olacaq. Bu ixtira aydınlaşsa, artıq yuxuda əyləncəli bir səyahətə hazırlaşa bilərsiniz.
Lusid yuxu terapevtik məqsədlər üçün istifadə edilə bilərmi?
Bir araşdırmada tarix dərsindən lentə alınan kaset səhərə qədər qulaqcıqla çalınsa da, yaxşı yuxuya baxmayaraq səhər oyananda insanın bu dərsdən ağlında heç nə qalmadığı görülüb. Belə nəticəyə gəlinib ki, yuxuda öyrənmək mümkün deyil. Ancaq unutmaq olmaz ki, bir çox kəşflər yuxuda edilir. Digər tərəfdən, lusid yuxuda öyrənmə xüsusiyyətinin olub olmadığı hələ tam araşdırılmamış bir mövzudur. Bununla belə, yuxular əyləncəli olsa da, aydın yuxu görmə vərdişini inkişaf etdirən bir insan reallıq ölçüsündən ayrıla bilər.
Astral proyeksiya və lusid yuxu eyni şeydirmi?
Astral səyahət, lusid yuxudan fərqlidir. Astral səyahət yuxu ilə oyaqlıq arasında baş verən bir hadisədir və real şüur var. İnsanın fiziki bədənini tərk edib astral bədəni ilə gəzib dolaşmasıdır. Bununla belə, astral proyeksiya ilə bağlı ciddi müzakirələr gedir. Əslində, bunun astral bədənlə səyahət deyil, özünü hipnoz etdiyini iddia edənlər də az deyil.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
