Bu gün:

Niyə həftə ərzində həmişə eyni vaxtda yatmalıyıq?


İngiltərədə aparılan yeni bir araşdırmaya görə, iş günləri və istirahət günləri  arasındakı yuxu vərdişlərindəki kiçik fərqlər bağırsaqlarımızdakı bakteriyalarda sağlam olmayan dəyişikliklərə səbəb ola bilər.

Tədqiqatçılar bağırsaqdakı bu dəyişikliklərin səbəbinin “sosial jet lag” adlanan insanların daha pis qidalanmalarına səbəb ola biləcəyi qənaətinə gəldilər.

Həftə sonları ilə müqayisədə həftə ərzində çox fərqli vaxtlarda yatmaq və oyanmaq “sosial jet lag” adlanır. Xüsusilə, növbə işi kimi vəziyyətlərdə yuxu rejiminin həddindən artıq pozulması sağlamlığa mənfi təsir göstərir.

Mütəmadi yuxu və oyanma vaxtları və sağlam bir pəhrizlə qidalanmaq   xəstəlik riskini azaltmağa kömək edə bilər.

London King Kollecinin tədqiqatçıları tərəfindən təxminən min yetkin  insan üzərində aparılan bir araşdırma normal bir gedişlə bir həftə ərzində gecə yuxusunun ortasındakı 90 dəqiqəlik fərqin də insan bağırsağındakı bakteriya növlərinə təsir edə biləcəyini tapıb.

Bağırsaqlarda müxtəlif növ bakteriyaların olması vacibdir. Düzgün müxtəliflik bəziləri digərlərindən daha yaxşı olsa da, bir çox xəstəliklərin qarşısını almaq üçün açardır.

Tədqiqatın həmmüəllifi Kate Bermingham: "Sosial Jet gecikməsi sağlamlığınıza mənfi təsir göstərən mikrobioma səbəb ola bilər",– dedi. Araşdırmaya görə, İngiltərə əhalisinin yüzdə 40-dan çoxu bu xəstəlikdən əziyyət çəkir.

Ən çox yeniyetmələrdə və gənclərdə rast gəlinir, yaşla azalır. Avropa qidalanma jurnalında dərc olunan bu tədqiqat iştirakçıları yuxularını və qanlarını analiz etdilər, nəcis nümunələri topladılar və yedikləri hər şeyi qeyd etdilər.

Sosial jet lag təcrübəsi olanlar (yüzdə 16) az miqdarda meyvə və qoz-fındıq yeyərək kartof, cips və şəkərli içkilər kimi yüksək karbohidratlı bir qidalanmaya daha çox meylli idilər.

Əvvəlki tədqiqatlar, sosial jet lag yaşayan insanların daha müntəzəm yuxu vaxtı olan insanlarla müqayisədə daha az lifli qida qəbul etdiklərini və sosial jet lagın kilo alma, xəstəlik və zehni yorğunluqla əlaqəli olduğu qənaətinə gəlib.

Həkim Bermingham: “Zəif yuxu keyfiyyətli seçimlərimizə təsir göstərir. Bu hallarda insanlar yüksək karbohidratlı və ya şəkərli qidalar yemək istəyirlər",– deyə bildirib. Sağlam olmayan pəhrizlər bağırsaqdakı müəyyən bakteriyaların səviyyəsinə təsir edə bilər.

Tədqiqatçılar sosial jet lag qrupunda daha çox rast gəlinən altı mikrobioma növündən üçünün keyfiyyətsiz qidalanma, piylənmə və yüksək səviyyədə iltihab və insult riski ilə əlaqəli olduğunu aşkar etdilər.

Yuxu, qidalanma və bağırsaq bakteriyaları arasındakı əlaqə olduqca mürəkkəbdir. Mütəxəssislər bütün həftə boyu mütəmadi və müntəzəm yuxunu tövsiyə edirlər.

London King  Kollecindən bir həkim Sarah Berry deyir ki, müntəzəm yuxu rejimini qorumaq, yatma vaxtını təyin etmək və hər gün oyanmaq asan tənzimlənən həyat tərzidir, bu, bağırsaq mikrobiomunuz vasitəsilə sağlamlığınıza müsbət təsir göstərə bilər.

Mənbə: Cnntürk

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et