
ABŞ-da aparılan qeyri-adi bir araşdırma orta yaşlı və yaşlı qadınların alkoqolsuz qırmızı şərab istifadəsindən faydalana biləcəklərini göstərib.
Mütəxəssislər vurğulayıblar ki, ABŞ-a məxsus üzümdən hazırlanan muskadin şərabı qocalma ilə mübarizə apara bilər. Bu şərabın yaşla itən dərinin elastikliyini artırdığı və yaşlanma əleyhinə təsir göstərdiyi müəyyən edilmişdir.
Şərabçılıqda istifadə edilən üzümdən əldə edilən polifenollar adlanan təbii bitki birləşmələri qocalmanın fəsadları ilə mübarizə aparmaq üçün istifadə olunur.
Florida Universitetindən tədqiqatın həmmüəllifi Dr. Lindsey Christman muscadine üzümlərinin digər qırmızı şərab növləri ilə müqayisədə unikal polifenolik profilə malik olduğunu müəyyən edib. Tədqiqatçılar 40-67 yaş arası 17 orta yaşlı qadın iştirakçı ilə işləmiş və onlara alkoqolsuz muskadin şərabı və ya görünüşü və dadı oxşar, lakin tərkibində polifenol olmayan içki içməyi tapşırıblar. İştirakçılar altı həftə ərzində gündə iki stəkan şərab ekvivalenti olan 300 ml istifadə ediblər. Sonra altı həftəlik əks içkiyə keçməzdən əvvəl üç həftəlik fasilə veriblər. Qadınlar şərab içəndə dərilərinin elastikliyində və su tutmasında əhəmiyyətli irəliləyişlər müşahidə edilib.
Yaşlandıqca dərinin daha çox sallanmasına səbəb olan elastikliyin itirilməsidir. Suyun daha yaxşı tutulması dərinin zədələrə qarşı daha təsirli bir maneəyə malik olduğunu göstərir.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
