Bu gün:

“Hər bir insan istifadə etdiyi enerjiyə uyğun qida qəbul etməlidir“


24media.az-ın “ 1 sual, 1 cavab “ rubrikasının budəfəki müsahibi Azərbaycan Tibb Universitetinin müəllimi Aydın Əliyevdir. O, yay aylarında sağlamlığımızın necə qeydinə qalınacağı haqda danışıb.

-Azərbaycanda yay havası olduqca dəyişkən keçir. Bir gün yağışda islanıb, səhəri gün istidə təngənəfəs oluruq. Belə havada, xüsusən, ürəyində həssaslıq olan insanlara nə tövsiyə edərsiniz?

 Ürəyində həssaslığa sahib olan şəxslərin hər şeydən əvvəl həkimə gedib müalicə almaları əsasdır. Bununla yanaşı deyilənlərə də əməl etsələr, daha yaxşı olar. Məsələn, ürək xəstəlikləri olanlar hansı havada daha yaxşı hiss etdiklərini anlamalıdırlar ki, o havadan maksimum istifadə etsinlər. Tanıdığım şəxslərdən bu problemi olanlar soyuq vaxtı özlərini daha yaxşı hiss edirlər, isti havalarda isə onların təyziqləri qalxır, hava çatışmazlığı kimi bir sıra problemləri olur. Yayda yaşlı şəxslər, xüsusilə, yay qidalarını düzgün seçməlidirlər və ət yeməklərindən bir qədər çəkinməlidirlər. Hər bir insan istifadə etdiyi enerjiyə uyğun qida qəbul etməlidir. Digər tərəfdən, yayın gözəl vaxtlarından saat 12:00 qədər və yaxud 16:00-17:00 sonra, xüsusən, cavanlar mümkün olduğu qədər dəniz, qum havalarından qəbul etməlidirlər. Çox təəssüf edirəm ki, bu gün Azərbaycanda cavanların çoxu siqaret çəkir, ayaqüstü qida qəbul edirlər. Gəzərək yemək qəbul etmək insana məxsus hərəkət deyil, əsasən, heyvanlara məxsus davranışdır ve bu səbəbdən bizim oturaq vəziyyətdə qida qəbul etməyimiz daha düzgün haldır. Yay zamanı meyvə və tərəvəzlərdən geniş istifadə olunmalıdır və bu haqda daha bir  məsələyə toxunsaq, çox vaxt yaşıllıqlar, meyvələr yeməkdən əvvəl qəbul edilir ki, bu yanlışdır. Çünki yaşıllıqlar, meyvələrin tərkibində olan vitaminlər hormonlar yaradır və biz insanlar da sinir ve hormonlarla idarə olunuruq. Nəzərə alsaq ki, çox vaxt məclislər, xeyir işlərində və.s yerlərdə meyvələr yeməkdən sonra qebul edilir. Normal insanın bədən temperaturu 36°- 37° olaraq qəbul edilir, lakin daxildəki tempratur da nəzərə alınmalıdır. Məsələn, qaraciyərin temperaturu texmini 38°-dir. Amma çoxunun yayda etdiyini səhvi dilə gətirsəm, bədən temperaturumuz 37°-dir və biz anidən buz kimi içəcəyi bədənimizə qəbul ediriksə, təbii ki, bu hal müxtəlif xəstəliklər yaradır. Buna sadə bir misal gətirsəm, qızmış bir dəmirin üstünə soyuq su töksək, nə vəziyyətlər yaranırsa, eynilə bizim bədənimizdə də o vəziyyətlər baş verir. Soyuq içəcəklər qəbul eden şəxslərə nəzər yetirsək, görərik ki, həmin şəxslərdə bədən enerjisini axarı dəyişdiyinə görə əsəb və gərginlik daha çox olur. Təəssüflər olsun ki, təbiəti qoruya bilmədiyimiz üçün ekologiya nə qədər çirklənirsə biz də o qədər xəstələnirik. Biz həkimlərin resepti çox olur, lakin Allahın 4 resepti vardır. Həmin 4 reseptin adı fəsillərdir: yaz, yay, payız, qış. Hər fəsildə yetişən ona uyğun qidaları,  havası, suyu , torpağından düzgün bəhrələnə bilsək, daha da sağlam olarıq. Çalışaq ki, ayaqlarımız həmişə torpağa dəysin, çünkü torpaq insan bədənindəki fiziki, ağır yüklərini çəkir. Həmçinin yemək yeyərkən tam doymaq düzgün deyil, çünki yay vaxtları bədəninimizin enerjisi tər  və.s  vasitələrlə xaric olunur. Çox qida qəbul etdikdə isə bədənimizin enerjisi, şirələr, fermentlər azalır ve həmin qidalar düzgün həll olunmur.

Aysu Orucova

Paylaş
Şərh əlavə et