Bu gün:

ABŞ fond bazarlarında süni intellektlə bağlı səhmlərin qiyməti düşüb


ABŞ-nin əsas fond bazarlarında texnologiya şirkətlərinin səhmlərinin qiyməti ucuzlaşmaqda davam edir. Süni intellektə yatırılan investisiyaların gələcəyi ilə bağlı narahatlıqlar fonunda Nvidia, Anthropic və digər böyük texnologiya şirkətlərinin səhmlərində kəskin eniş qeydə alınıb.

24media.az BBC-yə istinadən xəbər verir ki,ABŞ-nin üç əsas fond bazarı indeksi çərşənbə günü aşağı düşüb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq indeksi 2 faizdən çox ucuzlaşıb.

Səhmlərin ucuzlaşması investorların süni intellekt sahəsinə yatırılan investisiyaların həcmi və davamlılığı ilə bağlı narahatlıqları fonunda baş verib.

Bununla yanaşı, Amazon, Tesla, SpaceX, Microsoft və Meta kimi böyük texnologiya şirkətlərinin səhmlərində də eniş qeydə alınıb.

Nərmin Nəcəfova


Paylaş
Şərh əlavə et