Bu gün:

Tramp Çin və Avropa İttifaqına qarşı yeni tariflər tətbiq etməyə hazırlaşır


ABŞ Prezidenti Donald Tramp Çin və onlarla digər ölkəyə qarşı yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır. Bu addım onun ticarət siyasətini yenidən gündəmə gətirmək cəhdidir.


24media.az CNN.news-a istinadən xəbər verir ki, yeni tariflərin ən tez yanvar ayında qüvvəyə minməsi gözlənilir. Enerji, bəzi ərzaq məhsulları, yarımkeçirici çiplər və əczaçılıq məhsullarının isə rüsumlardan azad edilməsi planlaşdırılır.

ABŞ administrasiyası bildirir ki, xarici ölkələr subsidiyalar və güzəştli kreditlər vasitəsilə istehsalı artıraraq Amerika şirkətləri üçün rəqabət şəraitini çətinləşdirirlər. Yeni tariflərin bu vəziyyətin qarşısını almağa xidmət etdiyi qeyd olunur.

CNN-in sorğusuna əsasən, amerikalı seçicilərin üçdə ikisi Trampın tarif siyasətinin ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini düşünür. Respublikaçılar arasında da bu siyasətə qarşı narazılıq artır. Senatorlar Ted Cruz və Todd Young tariflərin Amerika biznesinə və ailələrin büdcəsinə zərər verdiyini bildiriblər.


Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et