Bu gün:

SpaceX-in Starship kosmik gəmisi missiyadan sonra ilk dəfə mexaniki qollarla tutulub


ABŞ-ın SpaceX şirkətinə məxsus Starship kosmik gəmisi Yerə qayıtdıqdan sonra Texas ştatındakı buraxılış meydançasında nəhəng mexaniki qollar vasitəsilə havada tutulub. Bu hadisə kosmik gəminin orbitdən qayıtdıqdan sonra buraxılış qülləsinin mexaniki qolları tərəfindən ilk dəfə uğurla tutulması kimi tarixə düşüb.

24media.az Associated Press-ə istinadən xəbər verir ki, noyabrın 13-də həyata keçirilən sınaq uçuşundan sonra Starship təxminən 22 saat kosmosda olub və Yer ətrafında 14 dövrə vurub. Daha sonra kosmik gəmi buraxıldığı meydançaya qayıdaraq xüsusi mexaniki qollar vasitəsilə havada tutulub.

Missiyanın bütün mərhələləri uğurla başa çatmayıb. Starship-in birinci mərhələsini təşkil edən Super Heavy daşıyıcı raketinin mühərrikləri geri qayıdış zamanı nəzərdə tutulandan əvvəl dayanıb. Nəticədə idarəetmə sistemi raketin Meksika körfəzi üzərində özünü məhvetmə mexanizmini işə salıb. Buna baxmayaraq, Starship-in uğurla tutulması SpaceX üçün mühüm texnoloji nailiyyət hesab olunur.

Şirkətin əsas məqsədi raketlərin təkrar istifadəsini təmin etməklə kosmik uçuşların xərclərini azaltmaq və onların səmərəliliyini artırmaqdır. NASA da gələcək Artemis proqramı çərçivəsində astronavtların Aya göndərilməsi üçün Starship-dən Ay eniş aparatı kimi istifadə etməyi planlaşdırır.


Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et