Bu gün:

İrkutskda ev heyvanları üçün donor qan bankı yaradılacaq


İrkutsk şəhər baytarlıq stansiyası pişik və itlər üçün donor qan ehtiyatı formalaşdırmağa başlayıb. Priangarye Baytarlıq Xidməti heyvan sahiblərini bu proqrama qoşulmağa çağırır. Proqramın məqsədi heyvanlara göstərilən tibbi yardımı daha sürətli və əlçatan etməkdir.

Foto: junglevet

24media.az irk.ru saytına istinadən xəbər verir k, regional Baytarlıq Xidmətinin rəhbəri Andrey Limin sözlərinə görə, belə bir qan bankının yaradılması bölgənin baytarlıq təbabəti üçün mühüm addımdır. Qan ehtiyatının olması baytarlara mürəkkəb əməliyyatlar aparmağa, eləcə də qan köçürülməsi tələb olunan xəsarət və xəstəlikləri müalicə etməyə imkan verəcək.

Heyvanın donor ola bilməsi üçün onun sağlam, peyvənd olunmuş və parazitlərə qarşı müalicə edilmiş olması vacibdir. Donor heyvanların yaşı 1–7/8 arasında olmalıdır. Pişiklərin çəkisi ən azı 4–5 kq, itlərin çəkisi isə 10–15 kq olmalıdır. Prosedurdan əvvəl İrkutsk şəhər baytarlıq klinikasının mütəxəssisləri heyvanı ödənişsiz müayinə edəcək və onun donor olmağa uyğun olub-olmadığını müəyyənləşdirəcəklər.

Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et