Bu gün:

Dünya liderləri COP31 üçün Antalyada toplaşıp


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP31 konfransı çərçivəsində Dünya Liderlər Zirvəsi bu gün Antalyada işə başlayıb. İki gün davam edəcək görüşə 102 ölkənin dövlət və hökumət başçısı, 300 nazir və 196 ölkədən nümayəndə heyətləri qatılacaq.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi zirvədə əsas məqsəd əvvəlki iqlim konfranslarında qəbul edilən qərarların həyata keçirilməsi üçün konkret addımlar müəyyənləşdirməkdir. Görüşlərdə təmiz enerji, sıfır tullantı, iqlimə davamlı şəhərlər və yaşıl sənayeləşmə kimi məsələlər müzakirə olunacaq. Konfrans noyabrın 20-dək davam edəcək. Bu müddətdə Antalya şəhərində yüksək səviyyəli görüşlər, panellər və dəyirmi masa müzakirələri keçiriləcək.

Fidan Mənsimova

Paylaş
Şərh əlavə et