Bu gün:

Yeni Zelandiyada seçkilərin nəticələri ilə bağlı qeyri-müəyyənlik davam edir


Yeni Zelandiyada keçirilən ümumi seçkilərdən sonra ölkənin siyasi gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. İlkin nəticələr hakim Milli Partiyanın (National Party) və müxalifətdəki Leyboristlər Partiyasının (Labour Party) demək olar ki, bərabər səs topladığını göstərir.

24media.az Reuters-ə istinadən xəbər verir ki, Baş nazir Kristofer Laksonun rəhbərlik etdiyi hakim koalisiya parlamentdə cüzi üstünlük əldə etsə də, nəticələr hələ yekun hesab edilmir. Çünki xaricdə yaşayan və seçki günü öz dairələrindən kənarda səs verən vətəndaşların bülletenləri hələ tam hesablanmayıb.

Seçkilərin yekun nəticələrinin noyabrın 27-də açıqlanması gözlənilir. Bundan sonra siyasi partiyalar yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlara başlayacaqlar.

Seçki kampaniyası əsasən yaşayış xərclərinin artması, iqtisadi çətinliklər, səhiyyə və mənzil problemləri ətrafında aparılıb. 

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et