Böyük Britaniyanın mədəniyyət naziri Lisa Nandi media sənayesində qadınlara qarşı cinsi zorakılıq hallarının hələ də davam edə biləcəyini bildirib.

24media.az BBC-yə istinadən xəbər verir ki, nazir təşkilatların qadınların müdafiəsi və şikayətlərin araşdırılması üçün kifayət qədər tədbir görmədiyini vurğulayıb. Onun sözlərinə görə, media sektorundan bir çox qadın üzləşdikləri hallarla bağlı ona müraciət edib.
Nandi bildirib ki, qadınlar zorakılıq barədə danışdıqları zaman ciddi təzyiqlərlə üzləşir, bəzi hallarda isə lazımi müdafiə ilə təmin olunmurlar. O, media qurumlarını bu məsələyə daha ciddi yanaşmağa çağırıb.
Xatırladaq ki, britaniyalı komediyaçı Rassel Brend məhkəmə prosesi nəticəsində zorlama və cinsi zorakılıq ittihamları üzrə təqsirli bilinib. Hadisələrlə bağlı iddialar 1999–2009-cu illəri əhatə edir.
BBC hadisədən sonra media sənayesində vəzifədən sui-istifadəyə yer olmadığını bildirərək zərərçəkənlərin şikayətlərinin ciddi araşdırılmasının vacibliyini vurğulayıb.
Zəhra Məlikova
