Bu gün:

Yeni Zelandiyada 50-dən çox balina sahilə çıxıb


Yeni Zelandiyanın Şimal adasının cənub-şərqində 50-dən çox balina sahilə çıxıb. Xilasedicilər və könüllülər sağ qalan heyvanları xilas etməyə çalışırlar. Lakin onların əksəriyyətinin vəziyyəti kritikdir, bir çoxu isə artıq tələf olub.Foto: kanal-o

24media.az shyndyk.kz saytına istinadən xəbər verir ki, şimal adasının cənub-şərqində yerləşən Nqavi bölgəsində sahilə çıxan balinaların xilas edilməsi istiqamətində tədbirlər görülür. Bir neçə heyvan tələf olub, ikisini isə yenidən okeana qaytarmaq mümkün olub. Sağ qalan digər balinaların vəziyyəti ağır olaraq qalır.

Sahilə çıxan balinalar qlobisefallardır. Onlar pilot balinalar kimi də tanınırlar, baxmayaraq ki, delfinkimilər fəsiləsinə aiddirlər.

Vayrarapa bölgəsində keçirilən xilasetmə əməliyyatına dəniz məməliləri üzrə mütəxəssislər, Yeni Zelandiya Təbiəti Mühafizə Departamentinin əməkdaşları və yerli sakinlər qoşulublar. Onlar heyvanların dərisini nəm saxlayır və həddindən artıq qızmasının qarşısını almağa çalışırlar.

Yerli sakin Rob Barqın sözlərinə görə, sağ qalan balinalar xeyli zəifləyib. Balıqçı Endryu Sim isə sürüdəki heyvanların əksəriyyətinin aldığı xəsarətlər nəticəsində artıq tələf olduğunu düşünür.

Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et