Bu gün:

Zehni yorğunluqla mübarizə aparmağın yolları


Hər şeyin sürətlə hərəkət etdiyi, hər saniyə nə iləsə məşğul olduğumuz və hər gün daha çox səy göstərdiyimiz müasir həyat zehnimizin daim məşğul olmasının, tutumunu itələməsinin və yorulmasının ən mühüm səbəblərindən biridir. Ona görə də zehni detoksa ehtiyac olur. Prof. Dr. Uludüz bunun yollarını açıqlayıb.

Sıx iş tempi, texnoloji mənfiliklər, gün ərzində yaşanan mənfiliklər, həddindən artıq stress kimi səbəblər zamanla zehni yorğunluğa səbəb olur. Mütəxəssislərin fikrincə, bu vəziyyət insanın hər cəhətdən məhsuldarlığını aşağı salır və həyat keyfiyyətinə mənfi təsir göstərir. Problemlərinin öhdəsindən gəlməyə, sağlam qərarlar qəbul etməsinə mane olur, narahatlığını artırır və hətta insanın depressiyaya düşməsinə səbəb olur. Nevrologiya Mütəxəssisi Prof. Dr. Derya Uludüz həyatınızı alt-üst edən bu problemin əlamətlərini və həll yollarını belə sıralayıb:

Ən çox yayılan şikayətlər

Ən çox görülən zehni yorğunluq şikayətləri: unutqanlıq, yuxusuzluq, diqqəti cəmləyə bilməmək, qavrayış çatışmazlığı, öyrənmə çətinlikləri, diqqətsizlik, dözümsüzlük və əsəbilik.

Nə etmək olar?

Zehni yorğunluqla mübarizə aparmağa və həyat keyfiyyətinizi yaxşılaşdırmağa kömək edəcək bəzi tövsiyələr.

1- Sağlam qidalanmaq

Sağlam və nizamlı qidalanma zehni yorğunluqla mübarizədə ilk addımdır. Həddindən artıq yağlı və şəkərli qidalar hər zaman yorğunluq hiss etmənizə və çəki problemi yaşamanıza səbəb olur. Balanslaşdırılmış qidalanmanı vərdiş halına salın. Şəkər, yağ və duz istifadəsini balanslaşdırmalısınız. Bədəninizin ehtiyac duyduğu vitamin və mineralları da qəbul etməlisiniz. Həzm sisteminizin nizamlı işləməsi üçün probiyotiklərdən faydalanmaq da bədən müqavimətinizi qorumağa kömək edir. Fındıq, qoz, badam, kişmiş beyin yorğunluğuna qarşı yaxşıdır. Yaşıl tərəvəzlər, böyürtkən, qaragilə, sardina, üzüm suyu, kepekli düyü və kakao beyin yorğunluğuna yaxşı gəlir. Bununla belə, yüksək miqdarda kofein ehtiva edən çay və qəhvədən qaçınılmalı, bunun əvəzinə gündə bol su və 2-3 stəkan bitki çayı istifadə edilməlidir.

2-Yuxu rejiminizə diqqət yetirin

Vücudunuz günə uyğun başlamaq üçün lazım olan enerjini yuxu zamanı saxlayır. Bədəniniz kifayət qədər enerji saxlaya bilmirsə, günə yorğun, əsəbi və istəksiz başlayırsınız. Bu vəziyyət həm özünüzü daha da pisləşdirir, həm də ətrafınızdakı insanlarla ünsiyyət qurmağınıza mane olur. Ertəsi gün daha güclü oyanmaq üçün yuxu rejiminə diqqət yetirməlisiniz. Yetkin bir insanın orta hesabla 8 saat yuxuya ehtiyacı var.

3- Hərəkət

Bədəni hərəkət etdirmək və silkələmək sıxılmış enerjini azad etmək və ağlınıza gəlmək üçün əla bir yoldur. Bədənin aktivləşdirilməsi ağlınıza, bədəninizə və ruhunuza enerji verir. Musiqi ilə cəld gəzmək ən təsirli yollardan biridir.

4- İstirahət edin

Hər kəsin fiziki və zehni istirahətə ehtiyacı var. Bunu lüks deyil, sağlamlığınız üçün bir zərurət kimi qəbul etməlisiniz. Gündəlik həyatın xaosundan uzaqlaşmağı planlaşdırdığınız tətil qaçışlarını enerjinizi doldurmaq üçün əla fürsət olaraq görə bilərsiniz. Təbiətdə gəzintilər, çimərlikdə günəş vannası qəbul etmək və balıq tutmaq kimi fəaliyyətlər fikrinizi təmizləməyə və gücünüzü bərpa etməyə kömək edə bilər.

5- Resaxsiya texnikası

Beyniniz sizi sıxmağa başlayanda özünüzü fiziki və mənəvi cəhətdən çox yorulmuş hiss edirsiniz. Bu nöqtədə bir rahatlama texnikası tapın. Məsələn, havalı bir mühitdə dərindən nəfəs almaq sakitləşməyə kömək edəcək. Aldığınız hər nəfəslə əlaqə saxlamağa çalışın və mümkün qədər anın içində qalın.

6- Zamanı yaxşı idarə etməyi öyrənin

Vaxtın idarə edilməsi prioritet işlərinizi müəyyən edərək gününüzü daha yaxşı planlaşdırmağınıza imkan vermir, həm də yaşadığınız stress səviyyəsini minimuma endirərək özünüzə və yaxınlarınıza vaxt ayırmağı asanlaşdırır. Siz, həmçinin vaxtınızı planlaşdırarkən iş saatlarınıza kiçik fasilələr əlavə etməklə iş səmərəliliyinizi artıra bilərsiniz. Hər 1-2 saatda özünüzə 5-10 dəqiqə rahatlıq verin.

7- Ağıllı telefomlardan asılı olmayın

Texnologiya həyatı asanlaşdırsa da, bir çox problemlərə də səbəb olur. Smartfon və sosial media asılılığı siz fərqinə varmadan ağlınızı yorur. Onu mümkün qədər az istifadə etməyə çalışın, vaxtaşırı telefonu söndürün.

8- “Yox” deməyi öyrənin

Nə vaxt yox deyəcəyinizi bilin. Artıq həddən artıq yükləndiyiniz zaman daha çox məsuliyyət götürmək zehni yorğunluğa səbəb olur. "Xeyr" deyə bilmirsinizsə, "bacarmıram, bəlkə növbəti dəfə" və ya "hazırda kömək etməyə hazır deyiləm" deyə bilərsiniz.

9- Şükür edin

İstənməyən düşüncələrə və hisslərə meydan oxumaq və beyninizi rahatlaşdırmaq üçün hər gün minnətdar olduğunuz bir neçə şeyi düşünün. Araşdırmalar göstərir ki, minnətdar olan insanların stressi, fiziki xəstəlikləri daha az olur. 

10- Beyin gimnastikası edin 

Zehni məşq etməyin ən sağlam yollarından biri olan beyin təlimi, düşünmə bacarıqlarınızı təkmilləşdirməklə məsələlərə daha həll yönümlü yanaşmanıza kömək edir. Tapmacalar həll etmək, kitab oxumaq, maraqlı mövzularda araşdırmalar aparmaq və ya sənətlə məşğul olmaq zehni yorğunluğu aradan qaldırmağa kömək edə bilər.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et