Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ ilə ölkəsi arasında imzalanan neft sazişinin şəffaflığını tənqid edib.

24media.az BBC News-a istinadən xəbər verir ki, bu ilin əvvəlində əldə olunan razılaşmaya əsasən, ABŞ Venesuelanın neft ehtiyatlarının təxminən 20 faizinə nəzarət imkanı əldə edəcək.
Sürgündən qayıtdıqdan sonra mətbuat konfransı keçirən Maçado gələn il, yəni 2027-ci ildə prezident seçkilərinin keçiriləcəyini bildirib. O, bunu ABŞ-nin dəstəklədiyi demokratik keçid prosesinin bir hissəsi kimi qiymətləndirib. Maçado həmçinin ölkədə demokratik idarəetməyə keçidin vacibliyini vurğulayıb.
Banuçiçək Qurbanova
