Bu gün:

Milan NBA Europe liqasında təmsil olunmağı planlaşdırır


«Milan» basketbol komandası yaradaraq NBA Avropa Liqasında iştirak etməyi planlaşdırır. Klubun sahibi Cerri Kardinale 20 min nəfərlik arena tikmək istədiklərini açıqlayıb.

24media.az TRT Haberə istinadən xəbər verir ki, İtaliyanın nüfuzlu nəşrlərindən olan «La Repubblica»ya danışan «Milan» klubunun amerikalı sahibi Cerri Kardinale basketbol komandası yaratmaq istədiklərini bildirib.

Kardinale açıqlamasında deyib: «20 min nəfərlik arena tikmək üçün işlərə başlamağa hazırıq. NBA Avropa Liqasında Milan təmsilçisi ilə iştirak etmək istəyirik. Tennis sahəsində də hədəflərim var».

NBA və FIBA-nın birgə həyata keçirməyi planlaşdırdığı NBA Europe layihəsinin 2027-ci ilin oktyabrında yarıaçıq liqa formatında fəaliyyətə başlaması nəzərdə tutulur.

İlk mövsümdə 16 komandanın mübarizə aparacağı liqada 12 komandanın daimi lisenziya alması, digər dörd komandanın isə seçmə mərhələdən keçməsi planlaşdırılır. Daimi lisenziya veriləcək 12 komandadan birinin İstanbul təmsilçisi olacağı gözlənilir.


Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et