Bu gün:

London zooparkında heyvanlar üçün Hallouin sürprizləri


Londonun mərkəzində yerləşən ZSL London zooparkında Hallouin münasibətilə heyvanlar üçün xüsusi sürpriz hazırlanıb. Zooparkın əməkdaşları heyvanların sevimli yeməkləri ilə doldurulmuş balqabaqları onların yaşadığı ərazilərdə gizlədiblər.

24media.az BBC News-a istinadən xəbər verir ki, zooparkın heyvanlara qulluq üzrə meneceri Daniel Simmonds bildirib ki, Hallouin bayramı zoopark əməkdaşlarına heyvanların təbii instinkt və bacarıqlarını inkişaf etdirmək üçün mövsümə uyğun yeni üsullar sınamaq imkanı yaradır.

Onun sözlərinə görə, əməkdaşlar balqabaqlara aparan qoxu izləri yaradır, bəzi hallarda isə heyvanları yemək axtarmağa həvəsləndirmək üçün qidaları oyulmuş balqabaqların içərisində gizlədirlər.


Aysel Mehtizade

Paylaş
Şərh əlavə et