Bəzi lüğətlərə görə bibliofilin kitab qurdu, kitab həvəskarı, kitab sevər kimi mənaları var. Bəzilərinin fikrincə, oxumağa nəsə tapmırsa, narahat olan adamdır.

Kimə bibliofil deyilir?
Bibliofil yunanca kitab sevər, kitab dostu, kitablara düşkün deməkdir. Oksford ingilis dili lüğəti bu təriflərə kitab kolleksiyası sözünü əlavə edir. Bibliofilin növbəti səviyyəsi bibliyomanlıkdır və bu, xəstəlik səviyyəsində kitabsevər deməkdir.
Yaxşı oxucu bibliofil ola bilərmi?
Kitabxanalarda kitab oxuyub axşam evə əliboş qayıdanlar bibliofil deyirlər. O da sevərək oxuduğu kitabın sahibi olmalıdır.
Bibliofillərə məxsus kitabları kitab mağazalarında tapmaq mümkün deyilmi?
Çox satılan kitabları sevən oxucu bibliofil deyil. Bibliofil çox vaxt kütləyə xitab etməyən əsərləri sevir. Ədəbi, lakin əsaslı və ya vacib resurslar olan kitablar bibliofil üçün hədəf kubokdur.
Məsələn, bibliofil olmaq üçün neçə kitaba sahib olmaq lazımdır? Böyük kitabxanaya sahib olmaq ilə bibliofil olmaq arasında əlaqə varmı?
Bibliofilin fərqli kitabxanası olmalıdır. Onun kəmiyyəti deyil, keyfiyyəti önəmlidir.
Ölkəmizdə kitab mağazalarına, ikinci əl kitab satıcılarına və kitab yarmarkalarına baş çəkmək, ədəbiyyat və kitab jurnallarına baxmaq, digər bibliofillərdən məsləhətlər almaq əsas imkanlardır. Xaricdə nəşriyyatlar tərəfindən çap olunan sənaye jurnalları var, yaxın 6 ayda çıxacaq kitablar növlərinə görə sıralanır (Məsələn, ABŞ-də "Publishers Weekly", İngiltərədə "Booklist") Əsl bibliofillər üçün ikinci əl kitab satıcılarına baş çəkmək çox xoşdur. Orada nə axtardığınızı bilmədən və ya başqa kitabları axtarmadan, gözlənilməz qənimət tapa bilərsiniz. İnternetdə ikinci əl kitab satıcıları da maraqlı resursdur. (Məsələn, Abebooks, Alibris və s.) Bibliofillərlə ikinci əl kitab satıcıları arasında sıx əlaqə olduğunu söyləmək olar.

Bibliofil hansı meyarlara əsasən satınalma qərarını verir? Kitabı olanda o özünü necə hiss edir?
Filosof Erasmus (1466-1536) demişdir:
“Əlimə pul düşəndə kitab alıram, artıqlıq varsa, yemək və paltar alıram”.
Bir dərmandan başqa, bibliofilin məlhəmi oxuduğu kitablardır. Bibliofil əlində kitab olanda sevinir sanki bu, cekpotdur, amma kitab rəfinə qoyulandan sonra bu hiss sönür. Bir bibliofil üçün ən dəyərli kitab hələ əlinə almadığı kitabdır.
Demək olarmı ki, bibliofil aldığı hər kitabı oxuyur?
Bibliofil, adətən, oxumaq üçün kitab alır. Amma o, mənbə və ya əlavə olaraq aldığı bütün kitabları oxumur və oxumamalıdır. İncəsənət və fotoqrafiya kitabları da oxunmur. Bibliofil hətta onun kitabxanasını zənginləşdirəcəyi hissi ilə kitab da ala bilər. Ona veriləcək ən son sual: Bu kitabların hamısını oxumusunuzmu?

Bibliofillərin zaman anlayışı yoxdur. Niyə?
Əsl bibliofil "artıq qocalmışam, günlərim az qalıb" demədən, kitabxanasını zənginləşdirir.
Bibliofil öz kitablarını özündən sonra kimə həvalə edir?
Bu mövzuda ümumi qəbul edilmiş metod yoxdur. İncəsənət, tədqiqat və mənbəyə aid kitablar məktəbə və ya fondlara, əlyazmalar və ixtisas kitabları ailəyə, qalanları isə hərracda bibliofillərə satılmalıdır. Beləliklə, o kitablar onları ən çox istəyənlərə gedəcək. İdeal odur ki, ailədə daha bir bibliofil olsun.
Bibliofiliyanın universal dili varmı?
Bibliofiliyanın ümumbəşəri dili yoxdur, ancaq qoxusu var. Sizi maqnit kimi özünə çəkən sirli qoxu.
Mənbə: Ay kiri akedemi
Tərcümə etdi: Nuran Əhmədzadə
