Dietoloq Fatma Uçan yay aylarında tərləmə səbəbiylə su istifadəsinə diqqət edilməsi lazım olduğunu söyləyib.

Suyun həyat olduğunu və oksigendən sonra insan həyatı üçün lazım olan ikinci ən vacib maddə olduğunu bildirən Diyetoloq Fatma Uçan: “Su həyatdır desək, heç birimiz üçün yanlış bir termin olmaz. Deyə bilərik ki, su insan həyatı üçün oksigendən sonra ikinci ən vacib maddədir. Tərkibindəki kalium, natrium, fosfat və kalsium kimi minerallarla da bizim üçün həyati əhəmiyyət daşıyır. Su insanın bədən çəkisinin təxminən 50-70 faizini təşkil edir. Eyni şəkildə, qanın yüzdə 83, beyin və əzələlərin yüzdə 75, sümüklərin isə yüzdə 22 faizini su eyni şəkildə təşkil edir. Su bizim üçün vacibdir. Su qəbulu maddələr mübadiləsini sürətləndirir. Maddələr mübadiləsini sürətləndirdiyi üçün həm də orqanizmin aktivliyini, yəni insanın canlılığını artırır, gün ərzində daha ağrısız və daha fit hiss etməyimizə dəstək olur. Dəri üçün dəyərlidir, elastikliyini artırır. Saçda kəpək və qırılmaların qarşısını almaqda da mühüm amildir. Dəridə qabıqlanmanın qarşısının alınmasında böyük rolu var”.
“İçməli su həm də xəstəliklərdən qoruyur”
Yetərincə su qəbulu beynin normal funksiyalarını yerinə yetirməsinə, bununla yanaşı, yaddaşımızın güclənməsinə müsbət təsir göstərir. Bu səbəblə beyin fəaliyyətini yaxşılaşdırmaq üçün su qəbulu bizim üçün də vacibdir. İçməli su böyrəklər üçün də çox vacibdir. Eynilə böyrək xəstəliklərinin qarşısını almaq üçün su qəbul etmək lazımdır. Su qan həcmini artırır. Hüceyrələr su sayəsində lazım olan oksigeni və qidaları bir yerdən başqa yerə daşıyırlar. Bu o deməkdir ki, su istifadəsi ürək fəaliyyətimiz və ürək sağlamlığımız üçün eyni dərəcədə vacibdir. Qəbizliyin qarşısını almaq üçün tək su qəbulu kifayət deyil, lakin nizamlı qidalanma, idman və lazım olan qədər su qəbulu ilə qəbizliyin qarşısını almaq mümkündür.
Gündə ən az 2-2,5 litr su içilməsi lazım olduğunu qeyd edən Uçan: "5 yaşında bir uşağın da gündə 1,5 litr su içməyi lazımdır. Qışda ehtiyacımız olmasa belə, mütləq eyni miqdarda su qəbul etməliyik. Yayda tərlədiyimiz üçün qəbul etdiyimiz suyun miqdarını artırmalıyıq", – deyib.
Mənbə: CNN Türk
Tərcümə etdi: Xədicə Cabbarlı
