Bu gün:

Zehin açan qidalar


Zehni açan qidalarla qidalanaraq həyatınızda dəyişiklik etmək istərdinizmi? Fikrinizi inkişaf etdirmək üçün çox oxumaq və çox düşünmək çox vacibdir. Fərqli həllər tapmağın əsas açarı beyninizi məşq etməkdir. Bunun üçün müxtəlif üsullardan istifadə edə bilərsiniz. 

Motivasiyanızı itirdiyinizi düşündüyünüz zaman müraciət edə biləcəyiniz bir çox həll yolları var. Üstəlik, motivasiyanızı artırarkən, sizi daha səmərəli düşünməyə vadar edəcək bəzi yolları da sınaya bilərsiniz.

Ancaq zehninizin inkişafını qidalanma ilə də dəstəkləməlisiniz. Qidalanma bizi fiziki olaraq inkişaf etdirdiyi kimi, düzgün qidalanma da bizi zehni olaraq gücləndirəcək. Valideynlərimizin uşaq ikən bizi zorla yeməyə çalışdıqları bəzi yeməklər əslində ağlımızı açacaq əsas qidalar idi. Ola bilsin ki, o zaman yemeyəsən. Amma hələ də gec deyil. Gəlin birlikdə görək zehni açan qidalar nələrdir?

Zehin açan qidalar

1) Süd və süd məhsullları

Valideynləriniz uşaqlıqda sizi süd içməyə məcbur edib? Süd və süd məhsulları uşağın inkişafı üçün çox vacibdir. Fiziki inkişafı dəstəkləyən məzmunu sayəsində uşaqların qidalanması çox əhəmiyyətlidir. Bu fiziki faydanın yanında öyrəndiyiniz məlumatların zehninizdə daha qalıcı olması üçün istifadə etməniz lazım olan qidalardan biridir.

Süd və süd məhsullarının yağ tərkibi çox yüksəkdir. Tərkibindəki yüksək yağ və zülal tərkibi sayəsində beyin funksiyalarının inkişafına çox əhəmiyyətli təsir göstərir. Yaşınızdan asılı olmayaraq, beyin funksiyalarının inkişafı üçün süd və süd məhsullarından istifadə etmək vacibdir.

2) Yumurta

Zehin açan qidalar arasında mütləq qəbul edilməsi lazım olan digər qida da yumurtadır. Tərkibindəki "trizin" maddəsi sayəsində beyin siqnallarını işə salır. Bədəni formada saxlamaq üçün enerji istehsal edir. Tərkibindəki A, B və D vitaminləri sayəsində zehninizin daha yaxşı işləməsini təmin edir.

3) ZərdəçalZehin açan qidalar arasında zərdəçal da var ki, bu da demək olar ki, istənilən yeməyə əlavə edə biləcəyiniz bir ləzzətdir. Tərkibinə görə beyin inkişafına kömək edir.

4) SuHəyatımızı sağlam şəkildə davam etdirmək üçün hər gün bol su içməliyik. Kifayət qədər su istehlak edilmədikdə, beyin funksiyaları yavaşlayır. Bu yavaşlama yaddaş itkisinə səbəb olur. Buna görə də hər gün kifayət qədər su içilməlidir.

6) Brokoli

Zehni gücləndirən başqa bir qida isə brokolidir. Bildiyiniz kimi, sağlam qidalanma dedikdə ağıla ilk gələn qidalardan biri də brokolidir. Bilməlisiniz ki, nə qədər sağlam qidalansanız, zehniniz bir o qədər yaxşı işləyəcək. Brokolinin tərkibindəki sıx “K” vitamini sayəsində idrak funksiyalarının inkişafına çox mühüm təsir göstərir. Koqnitiv funksiyaların inkişafı sağlam beyin və ağıl deməkdir.

7) Tünd şokolad

Şokolad sevməyən varmı? Şokolad böyükdən kiçiyə hər kəsin sevimli yeməklərindən biridir. Bu qida zehni açan qidalar sırasındadır. Tərkibində yüksək kakao olan tünd şokolad yaddaşınızı gücləndirməyə kömək edəcək. Eyni zamanda antioksidant təsiri də olan bu qida konsentrasiya artırıcı xüsusiyyəti ilə imtahan həftələrinin bir nömrəli qidası olmağa namizəddir.

8) Kartof

Yeddidən yetmişə qədər demək olar ki, hər millətdən olan insanların ən böyük ortaq nöqtəsi kartofu sevmələri ola bilər. Dünyanın əksər coğrafiyasında yetişdirilən və aclıq zamanında milyonlarla insanın imdadına çatan kartof təkcə qarnınızı doyurmağa kömək etmir. Həm də yaddaşınızı gücləndirir və zehni açan qidalar arasında yerini alır.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et