Bu gün:

Öyrəndiklərinizi necə yadda saxlaya bilərsiniz?


Beynimiz hər gün bir çox stimullarla qarşılaşır. Bu istiqamətdə öyrənməli olduğumuz şeylər paralel olaraq artır. Keçmişdən öyrənilən bilikləri yadda saxlamaq üçün bir çox üsullardan istifadə edilmişdir. Sinaps şəbəkəsini gücləndirmək, oxşar sözlərlə assosiasiya yaratmaq kimi tez-tez təkrarladığınız məsləhətlərin artıq sizə yaraşmayacağını düşünürsünüzsə, bu üsulu sınaya bilərsiniz.

Məlumatı saxlamaq üçün vizual yaddaşdan istifadə edin

Həqiqətən də bir məlumatı beyninizdə saxlamaq istəyirsinizsə, o məlumatı çəkərək təsvir etməlisiniz. 

Vizual yaddaş həmişə məlumatı sözbəsöz saxlamaqdan daha praktik iş sisteminə malikdir. Buna görə də vizuallaşdırma üsullarından istifadə edərək məlumatları daha qalıcı edə bilərsiniz. 

Bu mövzuda araşdırma aparan elm adamları, əlavə tapıntı olaraq rəsm çəkməyin yaşlı insanların yaddaşını Alzheimer və demas kimi xəstəliklər təhlükəsinə qarşı gücləndirdiyini ortaya qoydular. 

Onu da vurğulamaq lazımdır ki, yaddaşınızı gücləndirmək və bu üstünlüklərdən yararlanmaq üçün mükəmməl rəsm bacarıqlarına sahib olmanıza ehtiyac yoxdur.

"Biz aşkar etdik ki, yaşlı insanlarda vizual yaddaş hər hansı digər öyrənmə metodlarından çox üstündür".

Tədqiqatçılardan Mellisa Meade deyir ki, onlar apardıqları araşdırmalar nəticəsində yuxarıdakı nəticəyə gəliblər.

"Bu nəticələr bizə böyük həvəs verdi və biz indi yaddaş və dil funksiyalarında qəfil enişlər yaşayan demensiyalı insanlara kömək etmək üçün ondan necə istifadə oluna biləcəyini araşdırırıq".

Araşdırmada yarısı 20, yarısı 80 yaşlarında olan 48 fərqli iştirakçıdan bir sıra məşqlər etmələri istənilib. Sonra iştirakçılara sözlər növbə ilə göstərildikdə, onlardan bu sözləri yazmaq və ya təəssüratlarını kağıza çəkmək tapşırılıb.

Daha sonra iştirakçılardan mümkün qədər çox söz yadda saxlamaları istəndi. Müvafiq olaraq, gənclərin yaşlılara nisbətən daha çox sözləri xatırladıqları aşkar edilmişdir.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et