Bu gün:

Zehnimizi dözümlü edəcək 5 dəqiqəlik məşq


Nə qədər hazırlıqlı olduğunuzu hiss etməyinizdən asılı olmayaraq, bəzən işlər səhv gedə bilər. Bu nöqtədə, nəyin səhv ola biləcəyindən narahat olmaqdansa, onlarla necə davranacağınıza diqqət yetirmək zehniyyəti, sizin üçün daha konstruktiv ola bilər.

Həyatınızda hər şey yolunda gedərkən uğursuzluqlar haqqında düşünmək istəməyə bilərsiniz. Ancaq zehni möhkəmliyinizi həqiqətən yaxşılaşdırmaq üçün yaxşı vaxtlar çox vacibdir. Şəxsi böhran içində olduğunuz zaman nə bədəninizin, nə də ağlınızın güclənməyə enerjisi və vaxtı yoxdur. Əlbəttə ki, bu dövrlərdən sonra daha güclü ola bilərsiniz, lakin şüurlu inkişaf üçün ən yaxşı fürsət özünüzü rahat hiss etdiyiniz zaman gəlir.

Həyatımızın bir nöqtəsində hamımız ölüm və kədərlə qarşılaşmalı olacağıq. Hamımız şəxsi böhranlarla üzləşəcəyik və nədənsə özümüzü pis hiss edəcəyik. Ancaq bu maneələr heç vaxt başımıza doğru zaman qavrayışı ilə gəlmir. “Niyə indi?” elə bil xarici faktorlara nəzarətimiz varmış kimi bu sualı dəfələrlə veririk.

Qəbul etməliyik ki, həyatımızın heç bir nöqtəsində tam nəzarətimiz yoxdur. Buna görə də müəyyən hadisələrin ağrısını yüngülləşdirmək üçün şüuraltı zehninizi məşq edə bilərsiniz.

Hər şey yolunda gedərkən nəyin səhv ola biləcəyi üzərində düşünmək şüurlu hiss etdiyinizdən daha qəliz bir hərəkətdir.

What It Takes To Be Free adlı kitabda, bu məşq aşağıdakı mərhələlərdən ibarətdir:

1) Rahat bir yerdə oturun və ya uzanın

2) Gözlərinizi yumun

3) Sizin üçün önəmli olan, dəstəyini hər zaman hiss etmək istədiyiniz və hər zaman güvəndiyiniz birini düşünün

4) Onunla keçirdiyin xoş vaxtları düşün

5) Onunla keçirdiyin xoş anların sevincini xatırlamağa və hiss etməyə çalış.

6) İndi otaqda tək olduğunuzu təsəvvür edin

7) Təsəvvür edin ki, naməlum nömrə zəng edir

8) Telefonu yandırın

9) Və əvvəlcə düşündüyünüz insanın ölüm xəbərini aldığınızı təsəvvür edin

10) Qarnınızdakı o ağrını və üstünüzdə o sıx ağırlığı hiss edin.

Girdiyiniz əhval-ruhiyyədən sonra gündəlik həyatınıza qayıtmaq lazımdır. Axı bu hissdə ilişib qalmaq lazım deyil. Əhəmiyyətli olan, müvəqqəti olaraq mənfi emosiyalar hiss etmək və gələcəkdə oxşar hadisələrə girə biləcək şoka daha davamlı olmaqdır.

Bu məşqi bütün qorxularınız üçün də edə bilərsiniz. Məşq sizi xoşagəlməz hadisələr qarşısında daha dözümlü etməklə yanaşı, həyatınızda sahib olduğunuz şeylərə görə daha çox minnətdarlıq hissi yaradacaq. Məsələn, işinizdən qovulmaq və ya pulunuz tükənmək haqqında bu meditasiya edə bilərsiniz. Səhv investisiya etdiyinizi və hər şeyin alt-üst olduğunu təsəvvür edə bilərsiniz. Beləliklə, oxşar vəziyyətlə qarşılaşdığınız zaman özünüzü yenidən başlamağa daha hazır hiss edə bilərsiniz.

Bu məşqi hər gün etmək lazım deyil. Bəzi insanlar bu cür məşqləri paylaşdıqları zaman hər günün vacib elementi kimi zənn edə bilərlər. Bunu yalnız faydalı olduğunu düşündüyünüz zaman etmək, həm də məşqdən sonrakı effektivliyinizi artıracaq.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et