Bu gün:

Sağlam beyin üçün nə etmək lazımdır?


Bütün bədəni idarə edən beynimizin sağlamlığını ana bətnindən başlayaraq ömür boyu qorumaq və inkişaf etdirmək böyük əhəmiyyət kəsb edir. Qəbul edilən  qidalardan yuxu rejiminə, gündəlik fəaliyyətlərdən idmana qədər bir çox məqamlar və hətta səmimi bir təbəssüm belə beyin sağlamlığına təsir edir. Beyin sağlamlığı üçün bunlara diqqət etmək lazımdır:


1. Beyin inkişafını və sağlamlığını dəstəkləyən qidalardan istifadə edin


Beyin inkişafı ana bətnində başladığı üçün anaların xüsusilə bol turşusu olan qidalarlardan istifadə etməsi vacibdir. Lobya, noxud, ispanaq, limon və portağal kimi qidalar  qəbul edilməlidir ki, bu da alzheimer və demans kimi xəstəliklərin qarşısını alır. 


Banan və paxlalılar: Tərkibində B vitaminləri olan banan, quru paxlalılar, ət, balıq, yağsız süd, qatıq və yaşıl yarpaqlı tərəvəzləri qəbul etmək vacibdir. B vitamini yaddaşın inkişafında mühüm rol oynayır. Eyni zamanda, B vitamini yeni hüceyrələrin əmələ gəlməsinə və mövcud olan hüceyrələrin sağlam qalmasına  kömək edir.


Balıq: Beyin funksiyalarının düzgün işləməsi, yaddaşın güclənməsi və daha sürətli düşünməsi üçün omeqa 3 ilə zəngin balıqlar müntəzəm olaraq qəbul edilməlidir.


CevizlərE vitamini ilə zəngin olan qoz, fındıq, fıstıq, günəbaxan tumları, küncüt, kətan toxumu qəbul edilməlidir.


GiləmeyvəÇiyələk, hətta göyərti, pomidor və yerkökünün tərkibində antioksid var və bu cür qidalar yaddaşı yaxşılaşdıraraq beyni qoruyur.


2. Həyatınızdakı xüsusi anları artırın

Musiqi dinləmək, sevdiyiniz insanla vaxt keçirmək, idman etmək, hətta zövqlə yeyilən yemək xoşbəxtliyi gətirən bir çox hormonların ifrazını aktivləşdirir. Beyin sağlamlığı üçün çox vacib olan bu hormonlar insanın emosional sistemini idarə edir və yaddaş üçün həyati əhəmiyyət daşıyır .


3. Sosial fəaliyyətlərə diqqət yetirin

Gün ərzində sosial fəaliyyətlərlə məşğul olmaq vacibdir. Saatlarla tək oturmaqdansa, sosial mühitə çıxmaq, dostlarla vaxt keçirmək və ya yaxın qohumların ziyarətlərinə getmək beyin sağlamlığı üçün əhəmiyyət kəsb edir.


Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et