Bu gün:

Gündüz yuxusunu almaq vacibdir


Yatmaq və dincəlmək insan sağlamlığının əsas prinsiplərindən biridir. Bəzən insan günün müxtəlif saatlarında  yatar oyananda özünü əzgin, yorğun hiss edə bilər. Gecə 8 saat yatmaq çox vacibdir. Bununla yanaşı, gündüz yuxularının xüsusilə iş günün ortasında təsiri insan sağlamlığına təsir göstərir.

Gündüz yatanlar nələrə diqqət etməlidir?

Daha qısa yuxular daha təsirli görünür. Ancaq gecə yuxusunu pozmamaq üçün gündüz yuxuları gecikməməli və yuxu qaydasına mümkün qədər diqqət yetirilməlidir.

Yatdığınız yeri hazırlayın: 

Rahat yuxu üçün sakit bir mühit vacibdir. Xüsusilə səs-küylü bir mühitdəsinizsə, qulaqlıqlardan istifadə edib yatmaq olar. Bundan əlavə, yuxunun çox dərin olmaması üçün qaranlıq və ya tutqun bir mühit yerinə işıqlı bir mühitdə yatmaq məsləhət görülür.

Oyandıqdan sonra özünüzə vaxt verin

Oyandıqdan sonra bir az başgicəllənmə hiss edə bilərsiniz, bu normaldır və bu  “yuxu ətaləti” adlanır. Bu adətən bir neçə dəqiqədən sonra yox olur.

Oyandıqdan sonra kofein tərkibli içki için

Kofein içdikdən sonra 20 dəqiqə ərzində insan oyanmağa başlayır və enerjili hiss etməyə kömək edir.

Yuxu rejiminizi qoruyun: 

Gündüz yuxusunun gecə yuxu rejiminizi pozmadığından əmin olun. Günortadan gec olmayaraq yuxunu bitirmək tövsiyə olunur. Gündüz yuxusu düzgün idarə edildikdə, enerji səviyyənizi artırır və ümumi  sağlamlığınıza fayda verir. Hər kəsin yuxu ehtiyacları bir az fərqlidir və iş rejiminiz zaman- zaman dəyişə bilər, ona görə də hansı yanaşmanın ən yaxşı olduğunu görmək üçün planlı şəkildə sınaqdan keçirin.

Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et