Bu gün:

Niyə dodaqları günəşdən qorumalıyıq?


Günəşdən qorunmaq vacibdir və qoruyucu vasitələrdən istifadə etməyin yararları da çoxdur. Bütün bədənlə yanaşı , dodaqlar da Günəş şüalarının  mənfi təsirinə məruz qala bilər. Bədəniniz və üzünüz üçün fərqli günəş kremlərindən istifadə etdiyiniz kimi, dodaqlarınız üçün də eyni şeyi etməlisiniz. Çünki dodaqlarınızın quruluşu dərinizdən çox fərqlidir. Dodaq balzamlarını makiyajınızın altına çəkmək kifayətdir. İstəyirsinizsə, siz də öz dodaq günəş kreminizi hazırlaya bilərsiniz. 



Ev şəraitində günəş kremi ilə dodaq balzamının hazırlanması


Bəzi təbii yağlar günəşdən qoruyucu effektinə malikdir. Kök toxumu yağı, kokos yağı buna misal ola bilər.


4 çay qaşığı bal 


2-3 çay qaşığı kokos yağı


20 damcı yerkökü toxumu yağı


Daha dolğun təsir üçün istəyə görə 4 damcı nanə yağı


Kiçik bir metal qabda bal , kokos yağını əridin və metal qaşıqla qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra ocaqdan götürüb yağları köhnə balzam qutularınıza və ya kiçik bankalara tökün.  Hava və işıqla çox təmas etməməsi üçün işıqdan kənarda saxlayın. Günün əvvəlində və gün ərzində ehtiyac duyduğunuzda tətbiq istifadə edin, nəticədə dodaqlarınız nəmlənəcək və günəşdən qorunacaq.


Mənbə: Habertürk


Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et