
Yalnız keçən illər deyil, yaşadığımız ətraf mühit faktorları da görünüşümüzə təsir edir. Gərgin həyat tempinə görə bədənimizi yaşadacaq vərdişlər qurmaqda çətinlik çəkə bilərik. Nəticədə yaşlanma əlamətləri ilə qarşılaşa bilərsiniz. Bəs sürətli yaşlanmaya səbəb olan amillər nələrdir?
Emosional stress yaşamaq
Güclü stres altında işləyərkən insan yalnız emosional olaraq tükənmir, həm də bu dərimizin sağlamlığına mənfi təsir göstərə bilər. Bu da öz növbəsində qocalıq əlamətlərinin artmasına səbəb olur.
Qidalanma vərdişləri
Yüksək kalorili və insan sağlamlığı üçün zərərli məhsulların
istifadəsi erkən yaşlanmanı sürətləndirir. Bədəni susuzlaşdıran kofeinli,
alkoqollu və şəkərli içkilər yaşlanmanı sürətləndirən zərərli qidalar
arasındadır. Mütəmadi və sağlam bir pəhriz quraraq tez yaşlanmanın qarşısını
ala bilərsiniz.
Günəş şüalarına məruz qalmaq
Müdafiəsiz günəş işığına məruz qalma qısa müddətdə üz qırışlarına səbəb ola bilər. Bu da öz növbəsində dərimizin qocalmasına səbəb olur. Xüsusil, günəşin ən güclü olduğu günorta saatlarında günəşə məruz qalmamaq üçün diqqətli olmaq lazımdır. Geniş çərçivəli eynək və şapka istifadə edərək göz kənarındakı qırışların qarşısını ala bilərsiniz.
İstifadə olunan kosmetik məhsullar
İllər ərzində intensiv makiyaj etmək, makiyajı çıxarmadan yatmaq dərinizin sağlamlığını poza bilər. Zamanla buna görə yaşlı görünə bilərsiniz. Bundan əlavə, ağır tərkibli kosmetikanın davamlı və intensiv istifadəsi də dərinizin aşınmasına səbəb ola bilər. Dərinizin tipinə uyğun qulluq məhsulları seçərək sürətli yaşlanmanın qarşısını ala və daha sağlam, daha parlaq bir dəri görünüşü əldə edə bilərsiniz.
İlk simptomlar 30 yaşında görünür
Yaşlanmanın ilk əlamətləri 30 yaşında görünməyə başlaya bilər.
Göz ətrafındakı dairələr, ilk dəyişikliklərin müşahidə olunduğu bölgələrdir. Üst
göz qapağının dərisi bol ola bilər və “qazayağı” olaraq bilinən göz ətrafındakı
xətlər görünə bilər.
40 yaşında burun kənarlarından dodaqlara uzanan çuxur böyüyür və alın xətləri nəzərə çarpır. Bununla yanaşı, qaşlar arasındakı xətlərin dərinləşməsi də bu müddət ərzində qeyd olunur.
50 yaşında boyun qırışları, çənə xətləri nəzərə çarpır. Sonrakı illərdə dəri və dərialtı toxumaların sallanması arta bilər.
Mənbə: Cnntürk
Tərcümə etdi : Aysu Əsədova
