Mütəxəssislər meyvə çeşidinin ən çox olduğu dövr olan yayda yetişdirilən meyvələrin immunitet sistemini gücləndirməklə yanaşı, bir çox faydalara da sahib olduğunu qeyd ediblər. Mütəxəssislər yay aylarında yetişdirilən təzə meyvələrin yüksək lif tərkibinə görə həzm sistemini tənzimlədiyini və başda C vitamini olmaqla bir çox vitamin və mineralların əsas immunitet qaynağı olduğunu bildirirlər.

Dietoloq Enise Atçekenin verdiyi açıqlamaya görə, qidalandırıcı olduğu qədər sağlam meyvələrin gündə 3-5 porsiyadan çox qəbul edildikdə sağlamlığa zərərli olduğunu qeyd edib.
Yay meyvələrindən qovun və qarpızda 2-3 ədəd, ərik üçün 2-3 orta boy, alça üçün 10-12 ədəd, gavalı üçün 10 ədəd kiçik, şaftalı üçün 1 ədəd kiçik, 5-6 ədəd miqdarda qəbul etməli olduğumuzu bildirib. Çiyələk meyvəsi üçün orta ölçülü və üzüm üçün kiçik bir dəstə qəbul etməyin önəmliyini bildirib. Meyvələri əsas yeməklərdən 2-3 saat sonra qəlyanaltı kimi qəbul etməyin daha sağlıqlı olduğunu qeyd edən Atçeken,-“Sarı meyvələr kalium baxımından zəngin olduğu üçün ürək-damar xəstəliklərinə qarşı qoruyucudur. Onlar qan təzyiqini balanslaşdırmağa kömək edir. Qırmızı meyvələr isə C vitamini və antioksidan xüsusiyyətlərə malik olan resveratrol tərkibi ilə çox zəngindir. Antioksidantlar müntəzəm qəbul edildikdə xərçəngdən qoruyur", - deyə bildirib.
Tərkibindəki yüksək qlükoza səbəbiylə qanda şəkərin sürətlə artması səbəbiylə üzümün şəkər xəstələrinin ehtiyatla qəbul edilməsi lazım olduğunu vurğulayan Atçeken,-"Yaşıl gavalı aşağı glisemik indeksə malikdir və qan şəkərini tez yüksəltmir. Bu şəkildə diabet xəstələrinin güvənlə qəbul edə biləcəyi meyvələrdən biridir. Qovun və qarpız isə yüzdə 90 litr su ehtiva etdiyi üçün yay aylarında tərləmə ilə meydana gələ biləcək maye itkilərinə kömək edir və susuzluğun qarşısını alır, ancaq tərkibindəki şəkəri nəzərə alaraq porsiyalarına diqqət edilərək qəbul edilməlidir",-deyə qeyd edib.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
