Bu gün:

Sumaq nədir? Sumaq ədviyyatının faydaları nələrdir?


Sumaq ədviyyatı sumaq bitkisinin meyvəsi qurudulub üyüdüldükdən sonra alınır.  Qoxunu azaldan və sağlamlıq üçün müxtəlif faydaları olan sumaq, turşluğu ilə qidaların daha uzun müddət saxlanmasına kömək edir. Bəs, sumaq tam olaraq nədir, onun faydaları nədir?

Sumaq salatlarda və müxtəlif yeməklərdə tez-tez istifadə edilən ədviyyatlardandır. Sumaq bitkisinin meyvəsini qurudub üyüdərək əldə edilən ədviyyatdan turş kimi də istifadə etmək olar.  Sumaq bitkisinin faydaları haqqında bəzi təfərrüatlar...

 SUMAQ NƏDİR?

 Sumaq türk mətbəxində geniş istifadə olunan ədviyyat kimi tanınır.  Yeməklərə və salatlara şirin və turş dad vermək üçün istifadə edilən sumaq türk mətbəxinin əvəzolunmaz ədviyyatları sırasındadır.

 Demək olar ki, hər torpaqda bitən bu otun cəmi 150 növü var.  Yalnız iki növ qeyri-toksikdir.  Limon olmayanda alternativ olaraq turş dadlı sumaqdan istifadə edilir.

SUMAQ ədviyyatınının faydaları nələrdir?

 Araşdırmalar göstərib ki, sumaq da limon kimi antioksidant xüsusiyyətlərə malikdir.  Eyni zamanda mütəxəssislər vurğulayırlar ki, yuxarı tənəffüs yolları xəstəlikləri dərman istifadə etmədən sumaq şirəsi ilə müalicə oluna bilər.

 - Qanda insulinin miqdarını tarazlaşdırır.  Bu xüsusiyyəti sayəsində diabet və yüksək təzyiq xəstələrinin istehlak etməli olduğu qidalar sırasındadır.

 - Antioksidant təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində anidən yaranan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur.

 Sumaq turşu yeməyi uzun müddət saxlayır

 - Həftədə istehlak edilən bir stəkan sumaq şirəsi sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir.  Həmçinin yorğunluq, stress və depressiya kimi xəstəliklərin yaşanma riskini də azaldır.

 - Qida zəhərlənməsi zamanı sumaq ədviyyatını qaynadıb bir stəkan içmək faydalı olacaq.  Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyir, sidik və defekasiya ilə zəhərlənməyə səbəb olan zərərli bakteriyaları təmizləyir.

 - Sumaq şirəsi həzmi tənzimlədiyi üçün arıqlamaq üçün istifadə oluna bilər.

 - Eyni zamanda gün ərzində yarım çay stəkanı içdiyiniz sumaq şirəsi də həzmsizlik və şişkinliyin qarşısını alır.

 - Anoreksiya problemi olan uşağınızın ayda bir dəfə sumaq şirəsi içməsi də faydalıdır.  Həm uşağınızın bədən müqavimətini artırır, həm də iştahını açaraq daha sağlam yeməsinə kömək edir.

Mənbə : CNNtürk

Lalə Mənəfova


Paylaş
Şərh əlavə et