Bu gün:

Nanə bitkisinin faydaları


Süfrənin vazkeçilməz bitkisi olan nanə sağlamlıq baxımından bir çox faydası olan bir bitkidir. Dünyada 25-30 növü olan nanə daha çox nəmli yerləri sevir. Bu ətirli bitki növü həm də müalicə mənbəyi kimi tanınır.

Nanə necə qəbul olunur?

Nanə gözəl qoxusu və dadı ilə salat və yeməklərə quru və ya təzə şəkildə əlavə edilə bilər. Həmçinin, həzmi asanlaşdırmaq üçün yeməkdən sonra nanə çayı içmək olar. Nanədən əldə edilən nanə yağı da müxtəlif məqsədlər üçün istifadə olunur. Onun yarpaqlarından hazırlanan nanə çayı, insan orqanizminə rahatlıq verir. Soyuqdəymə və ürəkbulanmanı aradan qaldırır. Həzmi asanlaşdırır və bağırsaqdakı qazları çıxarır. Nanə suyuna bir az sirkə əlavə edib içmək daxili qanaxmanı dayandırmağa kömək edə bilər. Nanə yağı dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan yaranan şişkinliyi azaltmaqda təsirli olur. Nanənin qaynadılması, buxarının iyi tənəffüs yollarını açır və soyuqdəyməyə yaxşı gəlir.

Nanə çayı necə hazırlanır?

Yeməklərinizdə istifadə etdiyiniz təzə nanə yarpaqlarını əlinizlə 3-4 hissəyə kəsin, nimçəyə yayın və 24 saat buraxın. 24 saatdan sonra yarpaqlar quru və xırtıldayan olmalıdır. 24 saatdan sonra yarpaqlar tam qurumayıbsa, 1 gün daha buraxın. Sonra 2-3 çay qaşığı qurudulmuş nanə yarpağı qaynadılmış su ilə dolu yerə atın. 10-20 dəqiqə dəmləndikdən sonra yarpaqlarını süzərək çayınızı içə bilərsiniz. Nanə çayını limonla da içə bilərsiniz, lakin daha şirin olmasını istəyirsinizsə, yarım çay qaşığı bal əlavə edə bilərsiniz.

Nanə çayının faydaları nələrdir?

- Boğaz ağrısına yaxşı gəlir

- Öd daşlarını əridir

- Ürək bulanmasını aradan qaldırır

- Həzmə kömək edir

- Əzələ ağrılarını aradan qaldırır

- Xroniki ağrıları azaldır

- Soyuqdəymələrin daha tez keçməsini təmin edir

- Allergik öskürəyə yaxşı gəlir

- Astma üçün xeyirlidir

- Stressi azaldır

- C vitamini ilə zəngindir

- Antioksidant təsirə malikdir

Mənbə: Sabah

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et