Bu gün:

İşə nifrət:bu çətin hisslə mübarizə yolları


Hər bir işləyən insanın məqsədi sevdiyi karyeraya sahib olmaqdır. Ancaq həqiqət budur ki, işinizi nə qədər sevsəniz də, nə vaxtsa işləməyin çətin və ya darıxdırıcı hiss etdiyi vaxtlar olacaq. Orta hesabla bir işçinin həyatı boyu təxminən 90.000 saatını iş yerində keçirdiyini nəzərə alsaq, “işini bəyənməmək” və ya “işinə nifrət etmək” son dərəcə sinir bozucu ola bilər. Özünüzü "İşimə nifrət edirəm, nə etməliyəm" deyə bilərsiniz. Bu problemi aradan qaldırmaq üçün aşağıdakılara nəzər yetirək.


1. Əsas səbəbi tapın

İşinizdən narazı olduğunuz zaman atmalı olduğunuz ilk addım, narazılığınızın əsas səbəbini müəyyən etməkdir. Bunu etmək üçün özünüzə bu sualları verin:

  • Hazırda işdə nəyi xoşlamıram?
  • Neçə vaxtdır özümü belə hiss edirəm?
  • Sehrli çubuq olsaydı, indiki işimi sevdiyim işə çevirmək üçün nəyi dəyişərdim?

Bu suallar məyusluğunun əsas səbəbini anlamağa və müəyyən etməyə kömək edə bilər. 


2. Mənəvi və maddi dəyərlərinizi düşünün

 İşinizə nifrət etməyin səbəblərini bildiyiniz üçün bir kağız parçası götürün və dəyərlərinizi yazın. Dəyərləriniz şirkətinizin dəyərlərinə uyğun gəlirmi? Yoxsa indiki işiniz şəxsi dəyərlər sisteminizlə ziddiyyət təşkil edir? Cavabdan asılı olaraq, bəlkə də tam karyera dəyişikliyi etmək istəyəcəksiniz. Buna görə də, daha xoşbəxt bir həyat üçün şəxsi dəyərlərinizi düşünün .

3. İnsanlarla danışın

Əgər işinizə nifrət edirsinizsə, yəqin ki dəyişiklik etməyi düşünürsünüz. Başqa tərəflərdən baxmağa cəhd etmisiniz? Bu suallara cavab tapmaq üçün insanlarla ünsiyyət qurmaq faydalı ola bilər. Həmkarlarınızla qəhvə söhbətləri edin. Vaxtınızı ağıllı istifadə edin, suallarınızı verin. Diqqətlə dinləyin və öyrənin.

4.İşdən sonra şənlənmək üçün yeni fəaliyyət tapın

İşinizdən narazı olduğunuz zaman mənəvi sağlamlığınıza diqqət yetirin. Bunun bir yolu sizi xoşbəxt edən  fəaliyyətlərə vaxt ayırmaqdır. Buna ailəniz və dostlarınızla daha çox vaxt keçirməyi aid etmək olar.


Mənbə: Uplifers

Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et