
Yayın ən isti vaxtlarında həddindən artıq tərləmə problemi havanın istiləşməsi və rütubətin artması ilə ən çox rast gəlinən hallardandır. Orta hesabla yetkin bir insan tərləmə nəticəsində hər gün təxminən yarım litr maye itirdiyi halda, havalar çox isti olanda və idman edərkən bədən istiliyi artanda bu miqdar gündə 5 litrə qədər arta bilər. Bundan əlavə, qidalanmamızdan və geyindiyimiz paltarların materialları da tərləməyə səbəb olur. Tərləmə nəticəsində göbələk və bakteriya kimi infeksiyaların yaranmasına gətirib çıxardır.
Hava keçirən paltarlar geyinin
Havanın temperaturu eyni olsa da, bəzi günlər çox tərləyirsiniz, bəzi günlərdə isə heç tərləməzsinizsə, bu, geyindiyiniz paltarın materiallardan asılı ola bilər. Neylon və polyester kimi parçalar istiliyi saxlayır və dərinizin nəfəs almasına imkan vermir. Yun, pambıq və kətan kimi materiallar təbiidir və bol hava axını təmin edir.
Məşhur deyimlərə görə, yun parçalar bədəni isitmir, bədən istiliyini saxlamağa kömək edir.
Yediyiniz və içdiyiniz şeylərdə seçici olun
Təkcə yay aylarında deyil, il boyu yediyimiz bəzi qidalar həddindən artıq tərləməyimizə və pis qoxu gəlməsinə səbəb ola bilər. Xüsusilə, ədviyyatlı qidalar, bədən istiliyinin birdən artmasına səbəb olan çox isti yeməklər və içkilər, bədəndə susuzluğa səbəb olan spirtli, kofeinli və şəkərli qidalar və içkilər tərləməni sürətləndirə bilər. Buna görə də yay aylarında çox ədviyyatlı, həddindən artıq duzlu və ya şəkərli, çox isti yeməklərə deyil, salat və zeytun yağı ilə hazırlanmış daha yüngül, soyuq və tərəvəzli yeməklərdən müraciət edə bilərsiniz.
Tez-tez isti duş qəbul edin
Tərləyərkən bədəndən su minerallarla birlikdə zəhərli maddələr və zərərli orqanizmlər xaric olur. Duş qəbul etmək də tərləmənizi azalda bilər.
Mənbə:uplifers
Tərcümə etdi:Tərlanə Abdullayeva
