
Dünyadakı mətbəxlərdə əvəzolunmaz olan sarımsaq min illərdir, dərman kimi istifadə olunur və yeməklərə də ləzzət verir. Sarımsağın bağırsaqları təmizlədiyi, diabetdən xərçəngə qədər bir çox faydalı təsiri olduğu bilinir. Ümumiyyətlə, təbii antibiotik kimi tanınan sarımsağın faydaları saymaqla bitmir.
Sarımsaq xərçəng riskini azaldır
Çində ağciyər xərçəngi mövzusunda araşdırma aparılır. Beləliklə, sarımsaq həm xərçəng üçün effektiv çarə hesab olunur. Alimlər sarımsağın ağciyər xərçənginə müsbət təsir etdiyi qənaətinə gəliblər. İstifadəyə hazır sarımsaq preparatları prostat xərçəngi və prostatın çox xassəli böyüməsini müalicə etmək üçün çoxdan istifadə edilmişdir.
Sarımsaq qaraciyəri qoruyur
Sarımsaq hüceyrə divarlarını gücləndirərək və qaraciyəri "detoksifikasiya" funksiyası ilə dəstəkləyərək bədənin ona zərərli olan zəhərli maddələrdən təmizlənməsi prosesində kömək edir və qaraciyəri qoruyur. Bundan əlavə, ağır metal zəhərlənməsində (civə, kadmiyum) və ya alkoqol qəbulu kimi mənfi təsirləri azaltmaq üçün istifadə edilə biləcəyi təsdiq olunmuşdur.
Mənbə:memorialcomtr
Tərcümə etdi:Tərlanə Abdullayeva
