Xalq arasında kondisioner xəstəliyi olaraq bilinən və adətən yay mövsümündə müşahidə olunan Legioner xəstəliyinə diqqət çəkən Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr.Mecit Süerdem: "Legionerlərin xəstəliyinin mənbəyinin süni soyutma və isti su sistemləridir. Xəstəliklə əlaqəli bakteriyalar, ümumiyyətlə, otellərdə, xəstəxanalarda, qocalar evlərində və ya ofis kondisioner sistemlərində və havalandırma sistemlərində çoxala bilər. Ev mühitində kondisioner xəstəliyinə tutulma riski cüzidir və xəstəliyin təmas yolu ilə keçmir",–deyə bildirib.

İqlim xəstəlikləri ilə bağlı açıqlamalar verən Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Mecit Süerdem kondisioner xəstəliyinin 'Legionella pneumophila' bakteriyasının törətdiyi yoluxucu bir xəstəlik olduğunu ifadə edərək, "Legionella bakteriyası ümumiyyətlə bütün şirin su mühitlərində, xüsusilə çaylar, dərələr və göllərdə rast gəlinir. Təbii su ekosistemləri xəstəlik və ya epidemiya mənbəyi deyil. Legionerlərin xəstəliyinin qaynağı otellərdəki soyuducu sistemlər, xəstəxanalardakı bakteriya və tibb bacılarıdır və ya ofis kondisioner sistemləridir”,– deyib.
“Yoluxucu deyil”
Kondisioner xəstəliyinin təmas yolu ilə keçmədiyini bildirən Prof. Dr. Süerdem: "Kondisioner xəstəliyi, süni soyutma və isti su sistemləri mühitlərində havada asılı qalan və tərkibində bakteriya olan su buxarı damlalarının tənəffüs edilməsi ilə insanlara bulaşır. Çirklənmiş su ilə sauna, türk hamamı və ya spa hovuzu kimi isti sulardan gələn buxar damcılarının tənəffüs edilməsi də xəstəliyə səbəb ola bilər. Xəstəliyin digər mənbəyi də bəzək suları və ya sərinləşdirici sulardan istifadə edilən mühitlərdir".
Mənbə: Haberturk
Tərcümə etdi: Namiq Atamalıyev
