Bu gün:

Qidalardakı Kiflər təhlükəlidirmi?


Yeməkdə kif böyüməsi adi haldır. Bəs, belə hallarda qida israf edilməlidirmi? Kalıplar haqqında bilmək lazım olan hər şey məqaləmizdə...

Evdə qalan bir çox qidanın üzərində kif əmələ gəlməyə başlayır. Bəs həqiqətən kiflənəndə yeməyi atmalıyıq?

Kif nədir?

Kiflər bitki və ya heyvanların üzərində yaşayan, hava, su və ya həşəratlarla daşına bilən kiçik göbələklərdir. Kiflənmiş qidada kiflə birlikdə böyüyən digər görünməz bakteriyalar da ola bilər.

Kiflər harda əmələ gəlir?

Kiflər isti və rütubətli şəraitdə daha yaxşı inkişaf edir, lakin soyuducu temperaturda da qəliblər əmələ gələ bilər. Kiflər duz və şəkərə dözür və mürəbbələr, turşular, meyvələr, pomidorlar, bastırma, salam kimi işlənmiş duzlu ətlərdə, yüksək turşulu qidalarda yaşaya bilər. 

Kiflər təhlükəlidirmi?

Bəzi kiflər təhlükəli ola bilər, çünki həssas insanlarda allergik reaksiyalara və tənəffüs problemlərinə səbəb olur. Bəzi kiflər də mikotoksinlər istehsal edir, bu da insanları xəstələndirə bilən zəhərli maddələrdir. Yeməkdə kif görünəndə bu təkcə kifin səthdə əmələ gəldiyini deyil, həm də kif sporlarının məhsula dərindən nüfuz etdiyini göstərir.

Mənbə: Haberturk 

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et