Bu gün:

Discord, TikTok və Roblox kimi proqramlar uşaq istismarında ön sıralardadır


Titanik filmindəki rolu ilə könülləri fəth edən məşhur aktrisa Keyt Uinsletin ardından bütün dünyada əks-səda doğuran "uşaqlarımızı geri istəyirik"dən sonra Türkiyədə sosial media asılılığı və aludəçi uşaqların hər an qarşılaşdığı zorakılıq təhlükəsi müzakirə olunur. Sui-istifadənin səbəbləri və üsulları ilə bağlı müzakirələr indi "Bütün uşaqları qoruyacaq bir qalxan hazırlamaq mümkündürmü?" sualı altında kilidlənir. Didem Arvasın xəbəri...

Kate Winslet keçən həftə Bafta 2023 mükafatlandırma mərasimindəki çıxışında sosial media asılılığı ilə mübarizə aparan qızı ilə mükafatını paylaşarkən mühüm çağırış etdi. Winslet asılılıq ilə mübarizə aparan qızı ilə yaşadığı çarəsizliyi izah edərkən göz yaşlarına boğuldu və səlahiyyətlilərdən zərərli məzmunu silməyi və bunun cinayətə çevrilməsini istədi. Türkiyədən gələn bu çağırışa ilk səs verən adlar uşaqlara qarşı həssaslığı ilə tanınan kino sənətçisi Berna Laçın və uşaqlara zərərli məzmunlar açıqlayan sosial media fenomeni, Rəqəmsal Ata kimi tanınan Orhan Toker olub. Berna Laçın və Orhan Toker “Habertürk”ə rəqəmsal dünyada uşaq istismarının səbəbləri, buradakı məsuliyyətimiz və uşaqları zorakılıqdan qorumağın yolları haqqında danışıblar.

Təəssüf ki, uşaqlar və gənclər sosial media proqramlarına, planşetlərə, telefonlara və kompüter oyunlarına aludəçilik məsələsində zəncirin ən zəif halqasıdırlar. Mütəxəssislər ekrana məruz qalma yaşının 0-a düşdüyü, ekran qarşısında qalma müddətinin 10 saata çatdığı bu gün hər an zərərli məzmun və təhlükəli insanlarla qarşılaşa biləcək uşaqların gələcəyindən narahatdırlar. Ancaq bəzi valideynlər hələ də övladlarının adından sosial media hesabları açır və bu hesablardan övladlarını sərgiləyərək pul qazanmaq vasitəsi kimi istifadə edirlər. Bu zaman uşaqlar başqaları tərəfindən deyil, öz valideynləri tərəfindən zorakılığa məruz qalırlar. Gələcəkdə uşaqları gözləyən fəlakətin miqyasını göstərən bu misal göstərir ki, biz təcili olaraq etik və mənəvi dəyərlərimizə yenidən baxmalıyıq.


Mənbə: Haberturk 

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et