Bu gün:

“Süd vəzi xərçəngi hər 8 qadından birində rast gəlinir”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Dr.Günel Qəmbərovadır. O, Xərçəng xəstəliyi diaqnozunun tez qoyulması haqqında danışıb. 


 -Azərbaycanda xərçəng xəstəliyinin diaqnozunun daha tez qoyulması üçün nələri dəyişmək lazımdır?


Ümumiyyətlə, süd vəzi xərçəngi hər 8 qadından birində rast gəlinir. Bu statistika 2030-cu ildə hər 4 qadından biri olaraq dəyərləndiriləcək. Göstəricilərin bu qədər yüksək sürətlə artması, təbii ki, bizi də bir həkim və xanım kimi qorxudur. Buna görə də bizim işimiz səriştəli maarifləndirmə işinin aparılması və skrining, yəni heç bir şikayəti olmadan ağrı, düyün, bərkimə, şişkinlik, döşdən gələn ifrazat və s. kimi şikayətlər olmadan həkimə vaxtında getməyin nə qədər vacib olduğunu sosial platformada, media tv-də səsləndirməkdir. Son illər aparılan skrining momoqrafiya müayinə üsulu mövcuddur. Bu yeganə müayinə üsuludur ki, Uzi, MRT və digər süd vəzi müayinələrindən fərqlidir. Bu, qızıl müayinə üsulu sayılır. Çünki Uzi, MRT-də görünməyən mikrokordinatları görə bilir ki, bu da 0-cı və ya 1-ci mərhələ xərçəngi görməyə imkan verir. Məqsədimiz erkən mərhələdə xərçəngi aşkarlamaqdır. Statistikaya nəzər salanda görürük ki, bu xəstəliyin bizdən asılı olan və olmayan yaranma faktorlarına görə statistika göstəriciləri artır. Heç bir şikayəti olmadan 35-40 yaşı keçmiş hər bir xanım ildə bir dəfə momoqrafiya müayinəsindən, 35 yaşına qədər xanımlar isə ildə 2 dəfə ultrasəs müayinəsindən keçməlidir. Şikayəti olduğu halda isə müayinələrin baxış artıqlığı həkimlərin göstərişi əsasında dəyişəcək. Nəzərinizə çatdıraq ki, əgər kiminsə anasında, xalasında və s. süd vəzi xərçəngi varsa, onların skrining momoqrafiya müayinəsi 30 yaşdan etibarən başlayır. Ömründə 1 dəfə BRCA1, BRCA2 analizi verməklə süd vəzi xərçəngindən və onun ölüm faizindən sığortalanmış olar. Bu baxımdan son günlər bizim dəyərli insanlarımızın süd vəzi xərçənginə məğlub olması bizi üzdü. Ümid edirəm ki, hər kəs bu xəstəliydən yan keçsin.


Nərminə Eyyubova

Paylaş
Şərh əlavə et