Bu gün:

Peskov Aİ-nin Serbiyaya qarşı tələblərini izah edib


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Brüsselin tələblərini Serbiya və Rusiyanı düşmənçilik məqsədi daşıyan kimi görüb. Rusiya prezidentinin mətbuat katibi Belqradın AB üzvlüyü və Moskva ilə dostluq münasibətləri arasında seçim qarşısında qaldığını açıqlayıb.

Dmitri Peskov 

24media.az News.ru saytına istinadən xəbər verir ki, Dmitri Peskovun sözlərinə görə, Serbiya və Rusiyanı düşmənçiliyə yönəldən tələblər görürük.

Peskovun sözlərinə görə, bu cür şərtlər irəli sürənlər ən çox səhv edənlərdir, çünki hər bir ölkənin istənilən dövlətlərlə münasibətlərini bütün istiqamətlərdə inkişaf etdirmək və bunu öz maraqları naminə etmək hüququ var. Eyni zamanda, Moskva həmişə hər bir ölkənin suveren mövqe tutmasını müdafiə edib.

Kremlin sözçüsü daha əvvəl bildirib ki, Almaniya Avropanın ən güclü ordusunu yaratmaq planlarına görə tarixdə bir neçə dəfə düşdüyü mövqeyə geri dönmək riski ilə üzləşib. O bu şərhi Rusiyanı "əsas təhlükə" elan edən Almaniyanın yeni hərbi strategiyası ilə bağlı verib.

Əli Balayev 

Paylaş
Şərh əlavə et