
İnfarkt ürəyin oksigen və qida ilə tükəndiyi koronar arteriyaların daralması və ya tıxanması nəticəsində baş verir. Bütün orqanlar kimi, ürəyin də işləməsi üçün davamlı oksigen və qida tədarükünə ehtiyacı var. Bir çox insan üçün qorxunc bir yuxu olan infarktı izah edən mütəxəssislər infarkta qarşı görülən tədbirlərdən və müalicələrdən bəhs ediblər.
İnfarkt koronar arteriyaların daralması və ya tıxanması nəticəsində baş verir, yəni ürək oksigen və qida ilə tükənir. Həkim Aydın Çelik infarkt ölümləri sonrası erkən diaqnozun vacibliyindən və qəbul edilə biləcək tədbirlərdən danışıb.
Bir çox insanın qorxulu yuxusu olan infarkt barədə açıqlamalar verən Dr. Kardioloq Aydın Çelik, qəbul edilə biləcək tədbirləri və müalicələri də açıqlayıb.
Uzman həkim Aydın Çelik deyib: “İnfarkt ürəyi bəsləyən damarlar və bu damarlardan biri tıxandıqda meydana gəlir. Ürək böhranına səbəb olan amillər çox fərqli ola bilər və hər bir insan fərqli amillərdən təsirlənə bilər. Bunu 40 yaşdan yuxarı ailəvi ürək xəstəliyi olan və şəkər (diabet), qan təzyiqi, xolesteroldan əziyyət çəkən və siqaret çəkən insanlarda görürük. İnfarktın ən çox görülən simptomu sinə ağrısıdır. Bu ağrı ümumiyyətlə sinə içində təzyiq və ya sıxılma hissi şəklində meydana gəlir, sol qola, boyuna, çənəyə və arxa bölgəyə yayıla bilir Digər ümumi simptomlara nəfəs darlığı, tərləmə, ürək bulanması, başgicəllənmə, halsızlıq və ürək döyüntüsü daxildir”.
Uzman həkim Çeliker: "İnfarkt üçün ən vacib müalicə üsulu, tıxanan damarın mümkün qədər tez açılmasıdır. Anjiyografi infarkt üçün mövcud müalicələrdən biridir. Anjiyografi ürək damarlarının tıxanmasını aşkar etmək və müalicə etmək üçün istifadə olunan bir prosedurdur. İsti havanın infarkt yaratdığını söyləmək olar. Xüsusilə, maye itkisi, qan təzyiqindəki dalğalanmalar böhran riskini artıra bilər. İnfarktın qarşısını almağın yolları var, lakin dəyişməz iki amil “yaş və genetika”dır. Burada əsas dəyişən amilləri nəzərə almaqdır. Birincisi, siqaretdən imtina etmək, artıq çəki ilə mübarizə aparmaq və qidalanmaya diqqət yetirmək lazımdır. Mütəmadi həkim müayinələri infarktın qarşısını almaq üçün çox vacibdir “,– deyə bildirib.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
