
Sağlam bir həyat tərzi sürmək üçün qida rejiminə diqqət yetirmək lazımdır. Qəbul etdiyiniz hər bir qida bədəninizə müsbət və ya mənfi təsir göstərə bilər. Sağlamlığınızı qorumaq və immunitet sisteminizi gücləndirmək üçün sağlam qidalar yeməlisiniz. Son elmi araşdırmalar qida maddələrinin ömrü uzatdığını göstərdi. Bu qidalar bol miqdarda vitamin və mineral mənbəyi olduğundan bədəni xəstəliklərdən qoruyaraq immunitet sistemini gücləndirir.
Bədənin sağlamlığını qorumaq və xəstəliklərə qarşı müqavimət göstərmək üçün pəhrizə riayət etmək lazımdır. Son araşdırmalar pəhrizin ömrü 10 il uzatdığını göstərdi. Digər tərəfdən, bütün taxıllar, tərəvəzlər və meyvələr ömrü uzadır. Beləliklə, elmi araşdırmalara görə, necə yemək lazımdır? Budur, onun cavabı..
İşlənmiş ət zərərli qidalar siyahısına daxil edilmişdir. Bəs hansı qidalar ömrü uzadır?
Tədqiqat Plos Medicine jurnalında dərc edilmişdir.
Tədqiqat bir qadının 20 yaşında qida rejiminə uyğun qidalanmağa başlayacağı təqdirdə, ömrünü 10 ildən bir az çox artıra biləcəyini, eyni yaşda sağlam qidalanmağa başlayan bir kişinin həyatını 13 il artıra biləcəyini izah edib.
Tədqiqat daha az qırmızı və işlənmiş ət, daha çox meyvə və tərəvəz, paxlalılar, tam taxıl və qoz-fındıq yeməyə yönəlmiş “optimallaşdırılmış pəhriz” qırmızı ət və işlənmiş qidalara yönəlmiş “tipik Qərb pəhrizini” əvəz edərsə, insanların uzun ömür sürə biləcəyi bir model hazırlayıb. Sözügedən pəhrizə riayət edən 60 yaşlı bir qadının ömrünü səkkiz il uzada biləcəyi, eyni yaşdakı kişilərin ömrünü təxminən doqquz il uzada biləcəyi vurğulanıb. Bir araşdırma tərəvəzə əsaslanan bir pəhrizin 80 yaşlarında olan insanlara da fayda verə biləcəyini, insanlara pəhriz dəyişiklikləri ilə təxminən 3,5 il əlavə həyat əldə edə biləcəklərini xatırladıb.
Uzun yaşamaq üçün məsləhətlər
Zehninizi çalışdırın
Həmişə etdiyinizi edin. Həmişə öz üzərinizdə işləyin. Kitab oxuyun, yeni yerlərə baxın və ya tapmacalar həll edin. Sevdiyiniz fəaliyyətlər beyninizi inkişaf etdirir.
Müntəzəm məşq vacibdir
Daimi məşq sümüklərinizi və ürəyinizi gücləndirir. Bundan əlavə, məşqlər əzələlərinizi də məşq etdirir. Fiziki fəaliyyət hüceyrə mitokondriyasının sayını da artırır. Bütün tədqiqatlar göstərir ki, uzun ömür sürməyin ən böyük sirri fiziki fəaliyyətdədir. Müəyyən bir məşq proqramına sadiq qalaraq və ya hər gün mütəmadi olaraq gəzərək bədəninizi məşq etdirə bilərsiniz.
Hər gün 8-10 stəkan su
Su həyat mənbəyidir. Bədəninizin həmişə suya ehtiyacı var. Tədqiqatlar göstərir ki, kifayət qədər su içmək kolon və sidik kisəsi xərçəngi riskini azalda bilər. Həm də oynaqları yağlamağa, hüceyrələri nəmləndirməyə və qaraciyərdən və böyrəklərdən toksinləri çıxarmağa kömək edir. Gündəlik 8-10 stəkan su içmək də həzm sisteminin düzgün işləməsinə kömək edir. Bədəndə yığılmış şişlik və toksinləri tez bir zamanda aradan qaldırır. Dərinin sağlamlığını da dəstəkləyir. Dərini nəmlə doyurur və gec yaşlanmasını təşviq edir.
D vitamini qəbul edin
D vitamini yaşlanmanın dayandırılmasında mühüm rol oynayır. Ölkəmizdə 10 nəfərdən 9-u D vitamini çatışmazlığından əziyyət çəkir.
Əsasən meyvə və tərəvəz yeyin
Toxunulmazlığınızı gücləndirmək və bədənin müqavimətini artırmaq üçün həmişə vitamin və minerallarla zəngin qidalara ehtiyacınız var. Xüsusilə bol miqdarda tərəvəz və meyvə yeyirsinizsə, vücudunuzun bütün vitamin ehtiyaclarını ödəyə bilərsiniz. Çox miqdarda meyvə, tərəvəz, taxıl, paxlalılar və bitki zülalları kimi qidalar bədəninizi sağlam saxlayır. Bədəninizi daha uzun və sağlam yaşamağınız üçün bərpa edir.
Mənbə : CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
