
Limfa xərçəngi bədənimizin müdafiə sistemi olan limfa sistemində meydana gələn xərçəng növüdür. Limfa xərçəngi lenfosit adlanan ağ qan hüceyrələrinin anormal böyüməsi və çoxalması nəticəsində yaranır. Limfa xərçənginin simptomlarına limfa düyünlərində şişkinlik, qızdırma, kilo itkisi, gecə tərləmələri, yorğunluq, qaşınma və dəri səpgiləri kimi ümumi simptomlar daxildir.
Limfa xərçəngi nədir?
Limfa xərçəngi limfa sistemi adlanan immunitet sisteminin bir xərçəng növüdür. Limfa sistemi bədənimizdəki limfa düyünləri, limfa damarları, limfa mayesi və dalaq kimi orqanlardan ibarətdir. Limfa sistemi bədəndəki infeksiyalardan qorunmaq və hüceyrələrin normal fəaliyyətinə töhfə vermək üçün vacibdir.
Limfa xərçənginin səbəbi nədir?
Lenfoma dəqiq səbəbi bilinməyən bir xəstəlikdir. Bununla belə, lenfomanın inkişafında bəzi risk faktorları və mümkün amillər var. Lenfomanın inkişafına kömək edə biləcək bəzi amillər bunlardır:
Genetik meyl: Bəzi ailələrdə limfoma riski digərlərinə nisbətən daha yüksəkdir. Bəzi genetik mutasiyalar lenfoma riskini artıra bilər.
İmmunitet sistemi ilə bağlı problemlər: İmmunitet sistemi zəiflədikdə və ya təzyiq altında olduqda, limfoma riski arta bilər. IIV infeksiyası, orqan transplantasiyasından sonra immunosupressiv dərmanların istifadəsi kimi vəziyyətlər immunitet sistemində problemlər yarada bilər.
Bəzi infeksiyalar: Bəzi viruslar və bakteriyalar limfomanın inkişafına kömək edə bilər. Məsələn, Epstein-Barr virusu (EBV) Hodgkin lenfoma və bəzi qeyri-Hodgkin lenfoma növləri ilə əlaqələndirilmişdir.
Kimyəvi maddələrə məruz qalma: Müəyyən kimyəvi maddələrə, xüsusilə, pestisidlərə, herbisidlərə və bəzi sənaye kimyəvi maddələrinə məruz qalma lenfoma riskini artıra bilər. İşlərinə görə bu cür kimyəvi maddələrə məruz qalan insanlarda limfomanın daha çox rastlanması müşahidə edilir.
Yaş: Lenfoma hər yaşda baş verə bilər, lakin bəzi lenfoma növləri müəyyən yaş qruplarında daha çox rast gəlinir. Məsələn, Hodgkin lenfoma, adətən, gənc yetkinlərdə və erkən yetkinlikdə baş verir.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
