Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari IRIB-ə bildirib ki, İran silahlı qüvvələri Vaşinqtonun blokadası səbəbindən Hörmüz üzərində hərbi nəzarəti bərpa edib. O qeyd edib ki, Vaşinqton piratçılıqla məşğul olmağa davam edib.
Hörmüz boğazı
24media.az News.ru saytına istinadən xəbər verir ki, təəssüf ki, ABŞ bunu blokada adlandıraraq piratçılıqla məşğul olmağa davam edib. O bildirib ki, bu səbəbdən Hörmüz boğazına nəzarət bərpa edilib və bu strateji boğaz silahlı qüvvələrin komandanlığı və güclü nəzarəti altındadır.
Daha əvvəl "Celestyal Discovery" kruiz gəmisi marşrutunu dəyişdirərək Omanın Xasab limanında planlaşdırılan dayanacağı əvəzinə Hörmüz boğazından keçib. Bu, Yaxın Şərqdə münaqişənin gərginləşməsindən bəri boğazdan keçən ilk sərnişin gəmisidir.
Bundan əlavə, İran millət vəkili Mahmud Nəbəvian ticarət gəmilərinin Hörmüz boğazından keçmək üçün rüsum ödəməli olacağını vurğulayıb. O, ABŞ-nin geri çəkilməsindən və Livanda atəşkəs razılaşması əldə edildikdən sonra bəzi ticarət gəmilərinin boğazdan ödəniş müqabilində keçməsinə icazə veriləcəyini bildirib.
Əli Balayev
