Bu gün:

Jurnalistika necə yarandı?


İlk qəzetlər 17-ci əsrdə çıxdı. Onun kütləviləşməsi 19-cu əsrdə baş verdi. Onun meydana gəlməsinin səbəblərindən bəziləri savadlılıq səviyyəsinin artması, çap texnikasının inkişafı və miqrasiya ilə şəhərlərdə yaşayan insanların sayının artmasıdır. Bu səbəblər qəzetlərə və gündəlik xəbərlərə marağın artması ilə nəticələnib.


Dünyanın ilk qəzeti: Avisa 

Nəticədə, kütləviləşmə maraqlı hadisələri və tabloidizasiyanı da özü ilə gətirdi. Jurnalistika tədricən peşəyə çevrildi və qəzet nüfuzlu korporativ struktur kimi meydana çıxdı. Şəhər həyatına xas bir ünsiyyət vasitəsi olan qəzetin inteqrasiyasından sonra məzmun və forması özündən sonra gələn bir çox kütləvi informasiya vasitələrinin məzmun və formasında da həlledici rol oynamışdır. Əksər tədqiqatçıların fikrincə, dünyada ilk qəzet 1609-cu ildə Almaniyada çıxan Avisa olmuşdur. Alman dilində nəşr olunub və uzun adı “Avisa relation oder zeitung”-dur. Avisanın nüsxələri var ki, bu gün də qorunub saxlanılır. Bu nüsxələrin çap texnikası, siyasi məzmunu və dini motivləri araşdırılmış və qəzetin Almaniyanın şimalında-Bremen şəhərində nəşr olunduğu müəyyən edilmişdir. 


Avropada tapılan və istifadə edilən oxşar xəbərlər Yaponiyada da tapıldı. Bu sənədlər Kawara Ban adlanırdı. Adətən, məzmunca tək bir hadisədən xəbər verən bu kağızlar dükanların qarşısında satılırdı. Xəbər məktubları və kağızlardan bankirlər Avropada biznes fəaliyyətini reklam etmək üçün geniş şəkildə istifadə edirdilər. Medici və Rotçildlər kimi bir çox hörmətli ailələr tez-tez ünsiyyət üçün bu materialdan istifadə edirdilər. Xəbər məktublarını çoxaldan insanlara "nouvallanten", "intelligence", "mananti", "gazattanti", "corrieri" deyilirdi.


Jurnalistikanın inkişafına səbəb olan iki əsas hadisə

• Amerika vətəndaş müharibəsi:

 Mətbuat azadlığının fikir azadlığının əsası olması ifadəsi Amerikanın Müstəqillik Bəyannaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində yer alıb.

• Fransız inqilabı:

Lakin jurnalistikaya inqilabi yeniliklər gətirən Sənaye inqilabıdır. 


Jurnalistika və parlament münasibətləri 

Jurnalistika təcrübəsinin real statusu və gücü siyasətdə rol oynamaqla əldə edilib. 1828-ci ildə ingilis tarixçisi Makoley parlamentdəki jurnalistləri ölkəsinin "Dördüncü hakimiyyət" adlandırdı. Bu gün əksər insanlar medianın hakimiyyətə yüksəldiyini deyirlər. 

Tez-tez deyirlər ki,-“Jurnalistlər parlamentdən üz döndərirlərsə, parlamentin heç bir funksiyası yoxdur, təbii ki, başqa qurumlar da”.


Radio və televiziyanın jurnalistika təcrübəsinə təsiri qəzetdən bir qədər fərqli olmuşdur

Qəzetlərdən fərqli olaraq, radio Avropanın, həqiqətən, totalitar dövrün astanasında olduğu vaxt yaranıb. Texnika bir çox səbəblərə görə dövlət lisenziyalı oliqopoliyaya çevrildi. 

Digər tərəfdən, dövlət 20-ci əsrdə yaranan televiziyaya lisenziya yolu ilə müdaxilə etdi. 20-ci əsrin birinci yarısında çap mediası, ikinci yarısında isə audio və vizual media üstünlük təşkil edirdi. “Ənənəvi jurnalistika” bu əsrdə inkişaf edib və texnologiyanın imkanları ilə bunu etmək daha asan olub.

Bu dövr inhisarlaşmanın da öz təsirini hiss etdiyi və artdığı mühüm dövrdür.

Jurnalistlik təcrübəsi və bulvar jurnalistikası 

Bulvar jurnalistikası qəzetlərin populyarlaşması ilə ortaya çıxan və getdikcə jurnalistika praktikasının hər sahəsinə yayılan münasibətdir. Tabloid qəzetin ölçüsü adi qəzetin yarısı qədərdir. Bulvar jurnalistikasına indiki məna verən "The Sun" , "The Daily Mail" , "The Daily Express" qəzetləri, əvvəlcə, normal ölçülü idi. Yetmişinci illərin əvvəllərindən hamısı tabloid qəzetlərə çevrildi. Bunun səbəbi 1969-cu ildə "The Sun"-ı satın alan Rupert Murdoçun işçilərinə qəzeti seksuallıq, idman və yarışlar üzərində qurmağı söyləməsi olub. Üçüncü səhifə gözəli də qəzetin səciyyəvi cəhətlərindən birinə çevrilib. Yadda qalan tabloidlərdən biri də "National Enquirer"-dir. Qətl hekayələrinə diqqət yetirən bu qəzet supermarket kassalarında satış texnikası ilə də rekordlar qırıb.  

Məsələn, Elvis Presli öləndə 7 milyona yaxın nüsxə satıldı, rekord sayda onun cəsədi əks olundu. Bu tiraj bu günə qədər aşılmayıb. Tabloidlərin saxta hekayələri gerçək hekayələrlə əlaqələndirildikdə daha təsirli olur. Məsələn, “JFK hələ də həyatdadır”, “Hitler Amerikada canlı görüntülənib” kimi xəbərlər bu qəzetləri həmişə növbəti mərhələyə çıxarıb. Bulvar qəzetləri media ilə onların auditoriyası arasında etimad münasibətinin zəifləməsində mühüm rol oynayıb. 


Qəzet və etik korrupsiya 

Etik korrupsiya dünyanın ən hörmətli qəzetləri kimi tanınan bir çox qəzetlərə də sirayət edib.

Dünyanın media nəhənglərindən olan Ualliam Randolf Herstin 1898-ci ildə Kuba məsələsinə görə ABŞ və İspaniya arasında müharibə başlatmağa çalışdığı iddia edilir. Amerika döyüş gəmisi Havanada, Kubada batdıqda Herst baş verənləri çəkmək üçün müxbirlər ordusu və bir rəssam göndərdi. O, İspaniyanın gəmini batırdığını və nəticədə, müharibə istədiyini iddia edib. Bu olmadıqda adaya göndərdiyi rəssam heç nə olmadığını, darıxdığını və qayıtmaq istədiyini söylədi. Herstin ona cavabı tarixə düşdü: 

"Xahiş edirəm, orada qal, sən mənə şəkilləri ver, mən sənə müharibəni verəcəm".

Bu və buna bənzər hadisələr bizə jurnalistikanın yarandığı gündən nə qədər inkişaf etdiyini və məqsədindən qat-qat artıq xidmət etdiyini göstərir. Başqa sözlə, qəzetlər sadəcə institusional struktur deyil, jurnalistika da təkcə peşəkar təcrübə deyil. Media və media strukturları bir çox hadisələrə birbaşa təsir edərək kursu dəyişir. Xəbərçilik qayğısı ilə ortaya çıxan bu struktur bu gün fərqli bir ölçüyə çatmış və ölkələrin siyasi strukturlarına, insanların fikrə baxışına, bir çox hadisələrə yanaşmasına birbaşa təsir edərək cəmiyyəti yenidən qura bilmişdir. Medianın indi ölçüləri dəyişdi və bu ölçüdə insanları dəyişdi. Əvvəllər dördüncü qüvvə olan media indi bir çox ölkələrdə birinci və ya ikinci qüvvəyə çevrilib.

Mənbə: Odak gazetesi 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et