Bu gün:

Ramazanda dəriyə necə qulluq edə bilərsiniz?


Ramazanda uzun saatlar oruc tutmaq, maye çatışmazlığı, yuxunun pozulması kimi faktorlarla birləşərək insanların dəri sağlamlığına da təsir edə bilər. 

TikTok-da məşhurlaşan dermatoloq Dr Muneeb Shah da Ramazan üçün dəri tövsiyələri ilə xeyli sayda izləyiciyə çatdı. Platformada 17 milyon izləyicisi olan Şah deyir ki, Ramazan ayı oruc tutan insanın dərisinə müsbət təsir göstərə bilər. Çoxlu və çoxlu maye qəbul edin! Oruc saatları arasında dəri maye qəbul etmədiyi üçün asanlıqla nəmini itirə bilər. Özü də oruc tutan Şah həkim tərkibində daha çox maye olan məhsullardan istifadə etməyi tövsiyə edir. Yeməyi sadə saxlayın Ramazan ayı ərzində yuxu ritmi də kəskin şəkildə dəyişə bilər. Doktor Şah bu müddətdə dəri sağlamlığı məhsulların orucluq saatları arasında istifadə edilə biləcəyini söyləyir. "Düşünürəm ki, klassik nəmləndiricilərdən və günəşdən qoruyuculardan istifadə etmək olar." Gecələr, tərkibində A vitamini olan retinol kimi dəri məhsullarından istifadə etmək məsləhət görülür. balanslaşdırılmış pəhriz Həkim Şahın sözlərinə görə, Ramazan ayında bəzi insanların qida rasionunun dəyişməsi səbəbindən dəri problemləri arta bilər.

Dermatoloq sahur və iftarda ağır qidaların məhdud diapazonda istehlak edilməsinin mənfi təsir göstərə biləcəyini və daha qidalı qida qruplarına diqqət yetirməyi tövsiyə edir.

Mənbə: BBC Türk

Tərcümə: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et