Bu gün:

Yayda dərinizi qayğı ilə qoruyun


İyul ayında yayın istiliyi özünü daha yaxşı büruzə verir, buna görə də dərinin sağlamlığını qorumaq önəmlidir. Dəriyə qulluq mütəxəssisləri, xüsusilə, bu aylarda dəriyə qulluq edilməli olduğunu, dəriyə qulluq üçün qidalanmaya diqqət yetirilməsi lazım olduğunu vurğulayırlar.

Mütəxəssislər bildirirlər ki, yayda yüksək temperatur, günəş şüaları və rütubətin dəyişməsi dəriyə mənfi təsir göstərir. Qeyd olunur ki, yay aylarında günəşin parlaq şüalarına daha çox məruz qalan dəri günəş yanıqlarına, yaşlanmaya və hətta dəri xərçənginə də səbəb ola bilər. Yay aylarında dəriyə qulluq edən mütəxəssislərin tövsiyələrinin nəzərə alınması lazım olduğu, dərinin günəşin zərərli təsirlərindən qorunaraq sağlam görünüş qazana biləcəyi bildirilir.

Yayda dərini yeniləmək və dəstəkləmək üçün gündə 4 dəfə günəş kremindən istifadə edilməsinin lazım olduğunu Kosmetoloq Özlem Aksunger bildirmişdir: “Yayda diqqət etməli olduğumuz ən əhəmiyyətli hiylələrdən biri qorunmaqdır. Üçüncü dəri baryerini qoruma ilə gücləndirməliyik. Qış ayları ilə müqayisədə yay aylarında, xüsusilə günəşin, təsiri ilə dəri altında melanin və piqmentasiya səviyyəsi 10 dəfəyə qədər artır".

Mənbə: Cumhuriyet Gazetesi

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et