Bu gün:

İkinci Dünya müharibəsi


1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə başlayan İkinci Dünya müharibəsi təxminən 80 milyon insanın ölümünə səbəb olmuş və bəşər tarixinin ən böyük fəlakətlərindən biri hesab olunmuşdur

Vyana

Birinci Dünya müharibəsinin gətirdiyi dağıntı və səfalətdən hələ də tam qurtulmamış dünya 20 ildən sonra irqçi, antisemitist alman diktatoru Adolf Hitlerin siyasəti ilə irqçi, antisemitist dünyaya çevirmək istədiyi, 20 ildən sonra atom bombalarının istifadə edildiyi, milyonlarla insanın həyatını itirdiyi, tələf olduğu ən böyük fəlakətə çevrildi.

1938-ci ildə müxtəlif səbəblərdən Avstriya və keçmiş Çexoslovakiyanı öz ərazisinə daxil edən Hitler Polşaya qarşı apardığı gərgin təbliğatla bu ölkəyə hücum etmək niyyətində olduğuna dair siqnallar verirdi.


Polşanın işğalı ilə 6 il davam edəcək məhvetmə prosesi başlayır.

Polşanın Glivitse şəhərində sonradan Nasist Schutzstaffel (SS) adlı yarımhərbi birləşməyə bağlı şəxslər tərəfindən edildiyi ortaya çıxan anti-alman radio yayımına istinad edərək, Hitler 1939- cu ilin sentyabrında əsgərlərinə bu ölkəni işğal etmək əmri verərək 6 il davam edəcək İkinci Dünya müharibəsinin alovunu yandırdı.

1933-39-cu illərdə Almaniyada hakimiyyəti ələ keçirən Hitlerin hərəkətlərinə göz yuman Böyük Britaniya və Fransa Polşa işğalı qarşısında sükutu pozaraq sentyabrın 3-də nasistlərə qarşı müharibə elan etdi.

Yaponiya imperiyasının ekspansionist siyasəti

Bu hadisələr Avropada cərəyan edərkən uzaq şərqin digər dövləti keçmiş Yaponiya imperiyası da ekspansionist siyasət yürüdərək 1937-ci ildə Çinə, daha sonra isə 1938-ci ildə sərhəddəki gərginliyi əsas gətirərək keçmiş Sovet ittifaqına müharibə elan etdi.

1941-ci ilin noyabrında ABŞ-nin Pearl Harbor limanına hücum edən yaponlar neytral qalacağını bəyan edən ABŞ-nin müharibəyə cəlb olunmasına səbəb oldu.


Müharibə Afrika və Aralıq dənizinə çatdı.

1936-cı ildə Hitlerlə müttəfiq olan İtaliyanın faşist diktatoru Benito Mussolininin 1940-cı ildə Afrika müstəmləkələri olan Fransa və İngiltərəyə hücumundan sonra müharibə Aralıq dənizi ilə yanaşı, bu qitəyə də yayıldı.

Polşanın işğalından əvvəl Almaniya ilə Rusiya arasında bağlanmış hücum etməmək aktına görə bu ölkə iki dövlət tərəfindən bölündüyü halda, Sovetlər bu aktdan fürsət kimi istifadə edərək Finlandiyanı, Baltikyanı ölkələrin əksəriyyətini və Ruminiyanın bir hissəsini özünə birləşdirdi.

Bu prosesdə Fransa başda olmaqla, bir çox Avropa ölkəsini işğal edən Hitlerin 1941-ci ildə keçmiş SSRİ-yə hücumu bir tərəfdən müharibənin Rusiyaya doğru genişlənməsinə səbəb oldu.

Müttəfiqlər

Dünyanın 60-dan çox ölkəsinin birbaşa və ya dolayısı ilə iştirak etdiyi İkinci Dünya müharibəsində iki əks ittifaq yarandı.

Almaniya, İtaliya və Yaponiyanın rəhbərlik etdiyi birliyə qarşı İngiltərə və ABŞ-nin rəhbərliyi ilə Qərb ölkələrində Sovet İttifaqı və Çinin iştirakı ilə yaranan “müttəfiqlər” yer aldı.

Quru, hava və dəniz qoşunlarının üz-üzə gəldiyi müharibəyə dünyada 110 milyon insan cəlb olundu. Avropanın 6 ölkəsi, o cümlədən, Türkiyə müharibəyə qatılmadı. 

Avropanın demək olar ki, bütün qitələrinə yayılan müharibədə İrlandiya, İsveç, İsveçrə, İspaniya və Portuqaliya iştirak etmədiyi halda, əslində müharibədə iştirak etməyən Türkiyə 1945-ci ildə Müttəfiqlərə qoşulduğunu açıqladı.

Stalinqrad döyüşü müharibənin dönüş nöqtəsi

Mütərəqqi silahlara və təchiz olunmuş canlı qüvvəyə malik ABŞ-nin Böyük Britaniyanın rəhbərlik etdiyi ittifaqın tərəfinə keçməsi müttəfiqləri ciddi şəkildə gücləndirdi. Lakin müharibənin ən mühüm dönüş nöqtələrindən biri o dövrdə Rusiyanın cənubunda – Stalinqradda (sonralar şəhərin adı dəyişdirilərək Volqoqrad oldu) döyüş oldu.

Mütəxəssislərin Hitlerin ən böyük strateji səhvi hesab etdikləri Rusiyaya hücum hərəkəti nasist Almaniyası üçün sonun başlanğıcı oldu. 1942-43-cü illərdə davam edən Stalinqrad döyüşü zamanı çətin döyüş və soyuq qış şəraiti səbəbindən 2 milyona yaxın əsgər həlak oldu. Rusiyanın əks-hücuma keçməsinə yol açdı. 1945-ci ildə Sovet İttifaqı və Qərb dövlətləri tərəfindən Almaniyanın işğalı ilə Berlində ilişib qalan Hitler və həyat yoldaşı Eva Braun 30 aprel 1945-ci ildə intihar etdikdən sonra 1945-ci il mayın 8-də nasistlərin şərtsiz təslim olmağı qəbul etməsi ilə Avropadakı müharibə başa çatdı.


Almaniyanın başladığı müharibə Yaponiyanın təslim olması ilə başa çatdı.

Lakin müttəfiqlərin şərtlərini qəbul etməyən Yaponiya itkilərinə baxmayaraq, təslim olmaqdan imtina etdikdən sonra 6 avqust 1945-ci ildə Xirosimaya və 9 avqustda Naqasakiyə ilk atom bombalarını atan ABŞ Tokio administrasiyasını təslim olmağa məcbur etdi. İkinci Dünya müharibəsi 2 sentyabr 1945-ci ildə Yaponiyanın rəsmi təslim olması ilə başa çatdı.

Bu qlobal müharibədə 80 milyondan çox insan həyatını itirdiyi halda, antisemit nasistlər 6 milyona yaxın yəhudini qətlə yetirmiş və bu xalqa qarşı soyqırım törətmişdilər. Müharibə və bəşəriyyətə qarşı cinayətlərin törədildiyi 6 illik müddət ərzində nasist ideologiyası tərəfindən etiraz edilən əlillər, həmçinin “saf irq” sayılmayan qaraçılar qətlə yetirilib.

Yaponiya isə çinlilərə qarşı qırğınlar törədirdi. Müharibə həm də bəşər tarixində indiyə qədər görülməmiş ən dəhşətli elmi araşdırmaların aparıldığı bir dövr kimi tarixdə öz yerini tutdu.


Alman tədqiqatçıları əsir düşərgələrində anesteziyadan istifadə etmədən hərbi əsirlər və mülki şəxslər üzərində müxtəlif təcrübələr apararkən bu təcrübələrdə çoxlu insan öldü və ya şikəst oldu.


Keçmiş Sovet İttifaqının Sibir bölgəsində İosif Stalinin diktaturası altında məcburi əmək düşərgələrində çoxlu hərbi əsirlərin soyuqdan, qidalanmamaqdan və gigiyena qaydalarına riayət edilməməsindən öldüyü təxmin edilir.

Müharibədən sonrakı dünya

Almaniyada və uzaq şərqdə yaradılmış məhkəmələr nəticəsində nasist və yapon yüksək vəzifəli məmurları mühakimə olunaraq ölüm və ömürlük həbs cəzasına məhkum edildilər.

Müharibədə qalib gələn 5 ölkənin daimi üzvü olduğu Birləşmiş Millətlər Təşkilatı yaradıldı.

Soyuq müharibə dövrü

Müharibədən sonra Avropa ölkələri gücünü itirərkən ABŞ və Sovet İttifaqı atom bombasının təsiri ilə iki super güc olaraq ön plana çıxdı.

Böyük Britaniya, Fransa və Hollandiya kimi Avropa ölkələrinin bir çox Afrika koloniyaları üsyan qaldıraraq müstəqilliklərini elan etdilər.

Kommunist Rusiyası ilə kapitalist ABŞ arasında ideoloji qarşıdurma Soyuq müharibə dövrünün başlamasına səbəb olduğu üçün dünya iki qütbə bölündü.

Almaniya və Koreya kimi ölkələrin parçalandığı bu proses 1989-cu ildə Berlin divarının yıxılması və 1991-ci ildə Sovet ittifaqının dağılması ilə sona çatdı.

NATO və Varşava müqaviləsi

Soyuq müharibə dövrünün lap əvvəlində – 1949-cu ildə ABŞ-nin başçılıq etdiyi kapitalist bloku Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) adlı beynəlxalq hərbi ittifaq yaratdı. Buna qarşı keçmiş Sovet İttifaqının rəhbərliyi ilə 8 sosialist ölkəsi 1955-ci ildə Varşava Müqaviləsi imzaladı.

Mənbə: Ankara ajansı 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et