Kinodan ideoloji istifadə edən ölkələrdən biri Almaniya idi. Almaniyanın o zamankı prezidenti Adolf Hitler və təbliğat naziri Dr. Cozef Goebbels kinonun gücündən və onun cəmiyyətə təsirindən xəbərdar idi. Almaniyada nasistlərin hakimiyyətdə olduğu 1933-1945-ci illər arasında çəkilmiş 1000-dən çox filmin mühüm hissəsini təbliğat filmləri təşkil edir. Nasistlər alman kinosuna geniş nəzarət və senzura tətbiq etməyə çalışırlar.

Nasistlər dövründə çəkilən filmlərdə yəhudiliyə, Amerika imperializminə, fransız və ingilis müstəmləkəçiliyinə və təbii ki, nasistlərin ideoloji baş düşməni olan kommunizmə qarşı ağır tənqidlər və böhtanlar var. Nasistlər düşmən kimi gördükləri sovetlərə qarşı kommunist ideologiyasını tənqid edən antikommunist filmlərə diqqət yetirirlər.
İkinci Dünya Müharibəsinin gərgin dövrlərində nasistlər kinoda öz təsirlərini daha da artırdılar. Nasistlər Almaniyada və işğal etdikləri yerlərdə kinodan səmərəli istifadə edərək öz ideologiyalarını əks etdirərək təbliğat aparırdılar. Çəkilən filmlərdə nasizm ideologiyası tərənnüm edilərək digər ideoloji strukturlar, xüsusilə də, kommunizm ideologiyası tənqid və böhtanlara məruz qalırdı. Bundan əlavə, nasist kinosunda alman irqi haqqında və onu vəsf edən filmlər çəkilirdi. Nasizm ideologiyasının əsaslandığı “üstün irq” anlayışı kinoda nasist rəhbərliyinin istədiyi istiqamətdə kütlələrə təqdim edilir.
Nasizmin ideologiyası olan nasistlər ən sərt tənqidi Sovet İttifaqına və özlərinə əzəli düşmən gördükləri kommunist ideologiyasının mərkəzində dayanan Sovet İttifaqında doğulan “İnqilab kinosu”-na yönəldiblər. Sovet kinosunda nasizm ideologiyası tənqid olunduğu halda, biz tez-tez holokost (soyqırım) mövzusundan bəhs edən filmlərin ön plana çıxdığını görürük.

Yalnız Sovet İttifaqında "inqilab kinosu" nəsli və Nasist Almaniyasında nasizm adı ilə kinodan istifadə edən Hitler iqtidarı kinonun kütlələrə təsir edən və yönləndirən gücündən faydalana bilmir. Faşist İtaliyası da kinonun təsir edici gücündən istifadə etməyi seçir. Faşist diktator Benito Mussolini hesab edir ki, kino silahdan daha güclüdür. İtalyanların kinodan ən böyük istəklərindən biri faşizm ideologiyasının geniş kütlələrə yayılmasını təmin etməkdir. Bu məqsədlə İtaliya 1934-cü ildən faşizm ideologiyasını yaymaq üçün kinodan səmərəli istifadə etməyə başlamışdır. Faşizm ideologiyası İtaliyada kinoya olan zülm və təzyiqləri günü-gündən artırır və kinonun onların istədikləri istiqamətdə formalaşmasına şərait yaradır. Bu prosesdə faşist kinosu, xüsusilə, milli qəhrəmanlıq mövzusuna diqqət yetirir. Beləliklə, faşizm Roma İmperiyası dövründə İtaliyanın əzəmətini kino vasitəsilə effektiv şəkildə əks etdirərək kütlələrin öz keçmişlərindən dərs almasını və faşist İtaliyasının idealları üçün çalışmasını hədəfləyir.
Faşizm və kino dedikdə ağıla ilk gələn film “İradənin zəfəri”-dir (Triumph des Willens, 1934) və rejissoru Leni Riefenstahldır.
“İradənin zəfəri” bilavasitə faşizmə və nasizmə xidmət edən təbliğat filmidir. Film 1934-cü ildə Nürnberqdə Nasist Partiyasının qurultayının sifarişi ilə birbaşa Hitler tərəfindən çəkilmişdir. "İradənin zəfəri" filmin necə olmamalı olduğu haqqında məzmun və formada "şah əsər" olduğu deyilir. Filmdə dünyada və Almaniyada nasizmin özünü tərifləyən, tərənnüm edən mifik obrazları kütlələrin istəklərinə xitab edərək, onlara təsir edərək, istiqamətləndirərək vizual təqdim olunur. Bu mifləri həyatda, təbliğat filmlərində görə bilərik.

Açılış kadrı Hitleri göydən- buludların arasından enən, Nürnberqə, oradan isə dünyaya “vəh” gətirən bir elçi kimi təqdim edir. Film Hitlerin Nasist Partiyasının doğulmasını, qələbəsini Allahın əvvəlcədən təyin etdiyini elan etməsi və “Hitler Almaniyadır, Almaniya isə Hitlerdir” ifadəsi ilə kulminasiya nöqtəsinə çatır.
Axı Hitler və Mussolininin kinoya xüsusi önəm vermələri, öz milli kinolarının inkişafına maddi və mənəvi dəstək göstərmələri təsadüfi və sənətsevər deyil.
“Öz faşist ideologiyalarını xalq arasında yaymaq və ictimai hadisələr qarşısında xalqın nəbzini tutmaq, kinoya ideoloji təzyiq göstərmək üçün təbliğat filmləri çəkmələri də eyni sadə məqsədə əsaslanır. Alqış sədaları altında həyata keçirəcəkləri qırğınlar üçün ölkələrini böyük kinoteatrlara çevirmək”.
Həqiqətin ört-basdır edilməsinə dözə bilməyən rejissorlar faşist dövrü filmlərinin təsirini qırmaq üçün küçələrə axışırlarmış. İtalyan kinorejissorları kinoda reallığın müasir axtarışının əsaslarını təşkil edirlərmiş ki, bu da italyan neorealizminə nəfəs verirmiş.

Kinoda faşizm və antifaşizm mövzusu
Sovet inqilabi kinosunda olduğu kimi biz də görürük ki, faşist Almaniyası və faşist Mussolini İtaliyasında faşizm və nasizm digər ölkələrin kinoteatrlarında ağır tənqidlərə məruz qalıb. Bir çox ölkələrin kinoteatrlarında faşizmi tənqid edən çoxlu antifaşist filmlər çəkilib.

Məsələn, İkinci Dünya Müharibəsi illərində, 1942-ci ildə ABŞ-də çəkilmiş "Kasablanka" filmində həm nasizm, həm də faşizm ideologiyaları ciddi şəkildə tənqid olundu və film müharibədən sonra dünyada böyük təsir bağışladı.
Mənbə: Evrensel
Tərcümə etdi: Nuran Əhmədzadə
